“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məğlubiyyəti həzm etməyən Maurinyo dayanacaqda hakimi təhqir etdi - FOTO/VİDEO

Tarix 01.06.23, 13:27

Font ölçüsü : - / +
bitmap-img6


“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında İspaniyanın “Sevilya” klubuna qarşı keçirdiyi oyundan sonra matçın hakimi Entoni Teylorla mübahisə edib.

Teylorun işindən narazı qalan portuqaliyalı baş məşqçi Budapeştdəki stadionun dayanacağında hakimlə görüşüb və onu təhqir etməyə başlayıb.

“Lənətə gəlmiş üz qarası, lənətə gəlmiş üz qarası... Kəs səsini”, - deyə Mourinyo qışqırıb.

Hakim maşına minmək üçün portuqaliyalıdan uzaqlaşdıqdan sonra “Roma”nın mentoru mikroavtobusa yaxınlaşaraq “Təbrik edirəm, lənətə gəlmiş üz qarası”, - deyə məşqçi yenidən qışqırıb.


Xatırladaq ki,  Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşıblar. Oyunda əsas vaxtı və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac yaranıb. Bu zərbələrdə daha dəqiq oynayan “Sevilya” 4:1 hesablı qələbə qazanıb və kuboku əldə edib.
Matç ərzində Teylor “Roma”nın futbolçularına yeddi sarı vərəqə göstərib. Həmçinin ingilis hakim 75-ci dəqiqədə romalıların qapısına penalti təyin etmək istəsə də, videotəkrardan sonra fikrini dəyişib.





Xəbərin oxunma sayı : 874




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap