| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Müharibəyə könüllü getmişəm, general Polad Haşimovun ölmündən sonra...” - Sabiq nazir Fərhad Əliyevin oğlu
Tarix 11.02.21, 13:51 |
|
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də 44 günlük Vətən Müharibəsində döyüşçü kimi iştirak edib.
Y.Əliyevin müsahibəsini təqdim edirik:
– Yusif bəy, öncə ondan başlayaq ki, 44 günlük Vətən müharibəsindən dövlətimiz və ordumuz qalib ayrıldı. Qalib ordunun əsgəri olmağı sözlə necə ifadə edə bilərsiniz?
– Birinci Qarabağ müharibəsində döyüşən mərd Azərbaycan kişilərinə nəsib olmayan qələbə şərəfi bizə – Vətən müharibəsinin iştirakçılarına nəsib oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün viçdanlı insanları qələbə üçün əlindən gələni etdi. Vaxtilə bizim məğlubiyyətimizə səbəb olmuş hadisələr bu dəfə təkrarlanmadı. Allah şəhidlərimizə rəhmət etsin, Tanrı onların haqqını bizim xalqa çox görməsin. Bütün qazilərimizə və ailələrinə Allahdan kömək diləyirəm. Qalib əsgər olmaq yaxşıdır, amma xalqımızın əbədi olaraq qalib xalq kimi başının uca olması mənim üçün hər şeydən üstündür. Bu illər ərzində ölkə başçımız güclü Azərbaycan Ordusu yaradıb. Ordumuzun cəsarəti 44 günlük müharibənin taleyini həll etdi.
– 2020-ci ilin 27 sentybrında Vətən müharibəsi başlayanda bizə elə gəlirdi ki, 2016-cı ilin aprel döyüşləri kimi qısamüddətli olacaq. Amma İkinci Qarabağ müharibəsi xalqımızın itirilmiş torpaqlarını, sınmış qürurunu özünə qaytardı. Siz də müharibənin ilk günlərindən döyüşə qatılanlardansınız. Bizə maraqlıdır, sizə çağırış gələndə bunu necə qarşıladınız? İçinizdən müharibəyə getməmək istəyi keçdimi?
– Mənə çağırış gəlməyib. General Polad Həşimovun ölümündən sonra onun həyatı ilə daha dərindən maraqlandım və onun əsgərləri ilə haqqında söhbət etdim. Belə təvazökar, fədakar və cəsur azərbaycanlını qətlə yetirən vəhşi rejimə qarşı döyüşmək üçün Yasamal rayonu “hərbi komissarlığı”nda könüllü döyüşçü kimi qeydiyyatdan keçdim. Müharibənin elan olunmasına bir neçə gün qalmış tanıdığım yüksək rütbəli hərbçi dostlarımdan, Yasamal “hərbi komissarlığı” və Mənzil İstismar İdarəsinin nümayəndələrilə bir neçə dəfə telefonla danışdım. Birinci çağırışla döyüşə getmək istədiyimi bildirdim. Sağ olsunlar, məni eşitdilər və 28 sentyabrda mən Füzuli istiqamətinə yollandım. Müharibəyə getmək istəməsəydim, heç müraciət etməzdim. Məncə, bu məsələdə hər şey açıq-aydın görünür.
– Hansı bölgələrdə döyüşlərdə oldunuz?
– Hazırlıq üçün qısa müddətə təmas xəttində yerləşən N saylı hərbi hissədə qaldım. Sonra isə Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdim. Müharibə bitəndən sonra isə səfalı Zəngilan rayonunundakı hərbi hissədə yerləşdik.
– Müharibəyə qədər cəmiyyətdə belə iradlar dolaşırdı ki, indiki gənclər gedib Qarabağı ala bilməz. Bir gənc olaraq bu iradlara sizin cavabınızı eşitmək xoş olar.
– Bilirsiz, belə əsassız fikirləri bütün gənclərə aid etmək olmaz. Amma belə fikirlərin yanlışlığını zaman və müxtəlif hadisələr sübut edə bilər. Mən birinci dəfədir bu fikri eşidirəm və ətrafımdakı nisbətən daha yaşlı adamlar bu fikirdə deyil. Qarabağ müharibəsi də göstərdi ki, bizim gənclik nəyə qadirdir. Müharibə xatirələrimi dərindən bölüşmək istəmirəm. Döyüş tapşırıqları və gördüklərim hərbi sirdir və bu sirləri mən daim qoruyacağam. Onu deyə bilərəm ki, Qarabağ ərazisinə ayaq basdığımız günün sabahı bizim mövqeləri Qrad tipli raket kompleksləri ilə atəşə tutdular. O gündən sonra müharibəni dərindən dərk etməyə başladım və irəlilədikcə, qəhrəman döyüşçü yoldaşlarımla qələbəyə inamımız daha da artdı.
– Bəs ailəniz sizin qərarınıza necə reaksiya verdi? Adətən analar bu məsələdə həssasdır. Onları anlamaq olar. Bəs atanız sizi müharibəyə yola salarkən hansı tövsiyə və məsləhətlər verdi?
– Mənim ailəmin heç nədən xəbəri yox idi. Sentyabrın 28-i “hərbi komissarlığ”a getməzdən əvvəl atamla anama hər şeyi izah etdim və onlarla halallaşdım. Ən çox yadımda qalan və heç riayət etmədiyim məsləhət “özünü soyuqdan qoru” oldu.
– Qeyd etdiniz ki, sizin müharibəyə yollanmağınızdan son anadək ailənizin xəbəri olmayıb. Sizcə, ailənizin xəbəri olsaydı, sizi müharibədən yayındırardı?
– Ailəm məni müharibədən yayındırmazdı. Amma müəyyən söhbətlər olacaqdı. Elə günlər olurdu ki, 10-15 gün ailəmlə telefonla danışmaq imkanım olmurdu. Həmin vaxtlarda onların nə hisslər keçirdiyini anlayırdım.
– Sizə də sirr deyil ki, ölkədə fərqli məmur obrazı formalaşıb. Hətta döyüşlərin qızğın vaxtında bəzi keçmiş və hazırkı məmurların övladlarını müharibədən yayındırmaları ətrafında söhbətlər dolaşırdı. Amma sizin müharibədə olmağınız mediada, sosial şəbəkələrdə rezonans doğurdu: vaxtilə nazir olmuş Fərhad Əliyevin oğlu müharibəyə gedib. Güman ki, bu söhbətlər sizə də gəlib çatdı. Bu məsələdə mövqeyinizi eşitmək istərdik.
– Vətən sevgisi, cəsarət, və bacarıq, mülk və səltənətlə bağlı deyil. Vətənpərvər kimi böyüməyimizdə ailəmizin də rolu var. Zamanla isə vətənpərvərlik içimizdə formalaşır. Mənim fikrim belədir. Bəziləri vətən sevgisi barədə fərqli düşünür. Hesab edirəm ki, o fərqli düşüncələr həmin insanlara aiddir. Məncə bu suala onlar daha dəqiq cavab verə bilər. Müharibədə iştirak etmək isə mənim vətəndaşlıq borcumdur.
– Noyabrın 10-da atəşkəslə bağlı üçtərəfli bəyanat imzalandı. Həmin bəyanatla müharibə başa çatdı. Müharibənin başa çatmasını eşidəndə bunu necə qarşıladınız?
– Müharibənin bitməsini müsbət qarşıladıq. Ətrafımda olan döyüşçülərin hamısı sevinirdi. Ermənistan hərbi kapitulyasiyanı imzalayaraq məğlub olduğunu etiraf etdi. Amma noyabrın 10-na qədər müharibənin hələ uzun müddət davam edəcəyini düşünürdük. Çünki Kəlbəcər, Ağdam, Laçın kimi ərazilərimiz işğaldan azad edilməmişdi. Hər dəfə torpaqlarımızın azad olunması xəbərini eşidəndə hədsiz sevinirdik.
– Ali təhsilinizi Londonda siyasət üzrə almısınız. Maraqlıdır, niyə xaricdə qalıb işləmək istəməmisiniz?
– 2015-ci ildə London School of Economics-dən (LES) Siyasi elmlər və fəlsəfə üzrə bakalavr dərəcəsində məzun olmuşam. Atama və ailəmə dəstək olmaq üçün Azərbaycandayam. Bacardığım qədər ailəmə kömək olmağa çalışıram. Ailəm məni böyüdüb bu yaşa çatdırıbsa, onlardan ötrü əlimdən gələni əsirgəməməliyəm.
– Hazırda nə işlə məşğulsuz?
– Hazırda ALCO şirkətinin İdarə Heyətinin üzvü, Xarici əlaqələr şöbəsinin rəhbəriyəm. Çalışıram hər dəqiqəmi dəyərləndirim və faydalı olum.
– Ailə qurmusunuz?
– Xeyr, subayam.
– Atanız vaxtilə məmur olub. Gələcəkdə məmur olmaq istəyərsinizmi?
– Hər şeyi zaman göstərər. Mənim bu barədə danışmağım doğru olmaz. İnsan düşüncələri stabil deyil, tez-tez dəyişir. İndi məmur olmaq düşüncəsində deyiləm. Gələcəkdə isə nə olacağını söyləyə bilmərəm. (modern.az)
Xəbərin oxunma sayı : 1783
Müsahibə
Xəbərlər
-
Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
-
Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
-
“Planet Kids“də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
-
Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsi - Nələr oldu?
-
Tezliklə Ərəb dənizi də “düşmən qüvvələri“ndən təmizlənəcək - Müctəba Xamenei
-
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
-
“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu
-
Şuşa rayonunda mina partlayışı baş verib - Bakı sakini yaralandı
-
Prezident üç rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Uzunmüddətli inkişaf strategiyası
-
Xatunun yolunu bağlayan kimdir? - “Mənə dedilər ki...“
-
“Süni intellekt milyardlarla insanın ölümünə səbəb ola bilər” - Bill Qeyts
-
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri - Açıqlandı
-
Ermənistanda benzininin qiyməti rekord səviyyəyə çatdı - TASS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pakistanda azərbaycanlı qadına təcavüz edildi - TƏFƏRRÜAT
-
Madyarın toxunulmazlığı ləğv edildi - Oğurluqda ittiham olunur
-
Azərbaycan xurmanı hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Məktəblərdə kütləvi pul yığılır - SƏS YAZILARI
-
112 min manatlıq qanunsuz qumar əməliyyatı - TƏFƏRRÜAT
-
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
-
Prezidentin yeni rütbələr verdiyi şəxslər kimdir? - FOTOLAR
-
Həyat yoldaşının gözünü “göyərtdi“ - Məhkum edildi
-
Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
-
Sabah Azərbaycanda leysan olacaq -Xəbərdarlıq
-
Toyuq filesi marketlərdə niyə yoxdur? - AÇIQLANDI
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
-
Minatəmizləmə Agentliyi 5 maşın alır - 719 min manat xərclənəcək
-
Sabunçuda qadın qətlə yetirildi - Əri saxlanıldı
-
Ketçup hansı ölkələrdən gətirilir və marketdə neçəyə satılır? - Siyahı
-
Avtoxuliqanlıq edən sürücü həbs olundu - 15 sutka
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - FOTOLAR
-
Bakıda bu ərazidə yeni tunel inşa ediləcək - VİDEO
-
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - SƏRƏNCAM
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Anım Günü ilə əlaqədar
-
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik:Vətəndaşların yeni maliyyə seçimi
-
Prezident bir qrup prokurorluq işçisini təltif etdi - SİYAHI
-
Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib - Tokayev
-
Yasamal rayonunda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
-
Aİ-də miqrasiya böhranına qarşı yeni plan: 24 saata qüvvələr göndəriləcək
-
Tehran Vaşinqtonla həm yeni münaqişəyə, həm də danışıqlara hazırdır - Əraqçı
-
Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - VİDEO
-
Xırdalanda bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
27 Sentyabr Anım Günü tarixi Zəfərə aparan yolun başlanğıcı
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
-
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
-
Prezident Tacikistan Baş nazirini qəbul etdi - FOTOLAR
-
Neft ixracı üçün əlimizdə boğazlardan kənar marşrutlar da var – Aramco rəhbəri
-
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - VİDEO
-
“Azərpoçt“dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu
-
Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib?
-
Beyləqanda əmək yarmarkası keçirildi - FOTOLAR
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
-
Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
-
Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
-
Vətəndaşın əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - VİDEO
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
TOP 10
ARXİV






