“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib – KOBİA

Tarix 13.10.20, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Agentliyin və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları Gəncə şəhərində və Bərdə rayonunda Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlarla görüşüb, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olublar.

KOBİA-nın verdiyi məlumata görə, görüşdə məlumat verilib ki, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki əhali, infrastruktur obyektləri, dövlət əmlakı ilə yanaşı, sahibkarlıq subyektlərinə də ciddi ziyan dəyib. Hazırda sahibkarlıq subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda isə dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumat daxil olub. Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır.

Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və s.), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib.

Sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı yekun məlumat və görüləcək tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

KOBİA bir daha Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlıq subyektlərindən bu barədə məlumat vermələrini xahiş edir. Bunun üçün sahibkarlıq subyektləri KOBİA-nın (012) 404 04 01 (daxili 187) və (055) 200 02 96 telefon nömrələri, [email protected] elektron poçt ünvanı və ya Agentliyin www.smb.gov.az saytının “Əlaqə” bölməsi vasitəsilə müraciət edə bilərlər.



Xəbərin oxunma sayı : 898




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap