“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Prezidentin köməkçisi:“Karantin sanatoriya deyil (VİDEO)

Tarix 24.03.20, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


"Hər məsələyə obyektiv baxmaq lazımdır. Karantin sanatoriya deyil. Heç kim elə qəbul etməsin ki, karantinə istirahətə gəlib, onun üçün pulsuz turizm imkanları yaradılıb".

AzFakt.com xəbər verir ki, bunu AzTV-nin "Evdəqal” verilişində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə karantin şəraitindən narazılıq edənlərə cavab olaraq söyləyib.

Onun sözlərinə görə, koronavirus qlobal bəladır: 

"Bəzi dövlətlər bunu qlobal müharibə kimi xarakterizə edirlər. Bu, elə bir müharibədir ki, burada düşmən görünmür, döyüşçüləri, əsgərləri həkimlərdir, tibb işçiləridir. Bunun qarşısında dünyanın aparıcı dövlətləri acizdirlər. Belə olan halda vətəndaşların hər bir məsələdə bəhanə axtarmaları, problem axtarmaları düzgün deyil. Dövlət bütün lazımi addımlar atır, əhalinin sağlamlığının qorunması üçün tədbirlər görür. 

Ona görə də, əsassız tənqidlərdən uzaq dayanmalıyıq, məsuliyyətli olmalıyıq, dövlətimizin yanında olub, görülən işləri dəyərləndirməliyik. Görün nə qədər insan həyatını risk altında qoyur. Vətəndaşlarımızın xaricdən gətirilməsi, burada karantinə alınmasında iştirak edən insanlar var. Təyyarə pilotlarından, bələdçilərindən tutmuş, orada fəaliyyət göstərən diplomatlara, buradakı həkimlərə qədər, hamısı həyatını risk altına qoyur. Bunu dəyərləndirmək lazımdır. Əhalimizin mütləq əksəriyyəti bunu təqdir edir".






Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap