Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Qurban Qurbanovdan ÇL-dəki rəqiblə bağlı açıqlama: “...asan olmayacaq“

Tarix 09.08.20, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


"Püşkü səbirsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi".

AzFakt.com xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniyanın "Sileks" komandası ilə görüş barədə danışarkən deyib. 

O bildirib ki, belə turnirdə bir oyunluq mərhələ ilə bağlı hansısa fikir bildirmək çətindir. Təcrübəli baş məşqçi rəqib haqqında ən qısa zamanda məlumat toplayacaqlarını diqqətə çatdırıb: "Hər ikimizdə durum eynidir, onlar da martda çempionatlarını tamamlayıblar. Sadəcə, "Sileks" bu gün öz çempionatlarında ilk oyununa çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyununu martda keçirib. Komanda və oyunçuları barədə istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq".

Qurbanov bu oyuna çox düzgün hazırlaşmalı olduqlarını söyləyib: "Oyunumuz evdədir. İlk olaraq, öz komandamızı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda hədindən artıq diqqətli olmalıyıq. Güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək, yaxşı nəticə əldə edə bilərik. Hər bir halda bu mərhələnin bir oyundan ibarət olması heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək".

Qeyd edək ki, "Qarabağ" "Sileks"lə oyununu öz meydanında keçirəcək. Görüş avqustun 18-də və ya 19-da olacaq. 



Xəbərin oxunma sayı : 7399




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap