| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Yeni geosiyasi qüvvə:Türkiyə-Çin əməkdaşlığı inkişafda
Tarix 08.07.19, 22:47 |
|
Hazırda dünyada geosiyasi proseslər daha mürəkkəb və daha təhlükəli polimorf transformasiyalar şəraitində cərəyan edir. Xüsusilə, böyük dövlətlər arasında münasibətlərdə yeni risklər meydana gəlir. Hər kəs bilir ki, ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Çin münasibətləri kifayət qədər gərgindir. Onların, bütövlükdə, bəşəriyyət üçün təhlükələr yaratdığı da sirr deyil. Bu səbəbdən, “Böyük iyirmilərâ€in (G20) Osaka sammitinə ümid çox idi. Orada ikitərəfli danışıqlar formatı da diqqət mərkəzində olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiya və Çin rəhbərliyi ilə geniş müzakirələr aparıb. Yaponiyada Şinzo Abe ilə ayrıca görüşdükdən sonra, Çinə səfər edən Türkiyə dövlət başçısı Pekində olduqca əhəmiyyətli razılaşmalar əldə edib. İki ölkə, demək olar ki, bütün sahələrdə layihələr realaşdırmaqla bağlı ortaq fikrə gəliblər. Buraya iqtisadiyyat, energetika, nəqliyyat, ticarət, müdafiə və hərbi sənaye də daxildir. Həmin məsələlərin fonunda Türkiyə Prezidentinin Çin səfərinin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac gördük.
Ankara-Pekin xətti: fərqli əməkdaşlıq ritminə keçid
Türkiyə Prezidenti R.T.Ərdoğanın G20 ölkələri liderlərinin sammitindən sonra Asiya qitəsinin nüfuzlu dövlətlərinin başçıları ilə apardığı müzakirələrin qlobal geosiyasi dinamikaya təsir edəcəyi ehtimal olunur. Ekspertlər, faktiki olaraq, Ankaranın ciddi geosiyasi addım atdığını yazırlar. Doğrudan da, müzakirə edilən mövzularla bağlı əldə edilən razılıqlara baxdıqda, bu fikrin reallığa uyğun olduğunu görürük.
Hələ “İyirmilik†qrupu ölkələrinin sammitində Türkiyə rəhbəri Çin, Rusiya və Yaponiya liderləri ilə səmərəli görüşlər keçirmişdi. Vladimir Putinlə aparılan müzakirələr haqqında geniş informasiya verilib. Yaponiyanın Baş Naziri Ş.Abe ilə keçirilən görüş də maraqlı olub. Tərəflər böyük əməkdaşlıq layihələri həyata keçirmək barədə razılıq əldə ediblər. Yaponiya Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olan ölkədir. Bundan başqa, iki dövlət İran məsələsində ortaq mövqedədir. R.T.Ərdoğan jurnalistlərlə söhbətində Ş.Abenin Tehranda İran rəhbərliyi ilə görüşünün detallarını açmadığını vurğulamaqla yanaşı, ümumi bir razılığın əldə edilmədiyini də deyib.
Belə məlum olur ki, İranla sıx münasibətlərinin olmasına baxmayaraq, Ş.Abe Amerika-İran münaqişəsində vasitəçi rolunu oynamaqda çətinlik çəkir. Həmin səbəbdən, Yaponiyanın Baş Naziri R.T.Ərdoğanla birlikdə hərəkət etmək təklifində bulunub. Bunu Türkiyə Prezidenti məmnunluqla qarşılayıb. Eyni zamanda, qeyd edib ki, digər böyük dövlətlər, məsələn, Amerika belə bir təklif etməyib. Ümumiyyətlə, Qərb dövlətləri Türkiyə ilə bu barədə danışmağa meyilli deyillər. Səbəbi aydındır: Qərb hesab edir ki, müsəlman Türkiyə İranın tərəfini tutacaq. Qərbə isə ancaq öz maraqlarına xidmət edə bilən “obyektiv vasitəçi†lazımdır. Problemin kökü bundadır.
Belə çıxır ki, Yaponiya ABŞ və Avropa dövlətlərindən fərqli olaraq, həqiqi mənada İranla bağlı yaranmış çətinliyi ədalətli yoluna qoymaqda maraqlıdır. Ancaq çətin ki, Qərb buna imkan vermək istəsin. Artıq onlar İranı vurmağın müxtəlif ssenarilərindən bəhs edirlər. Hətta ABŞ, Böyük Britaniya və İsrailə məxsus F-35-lərin İraq və Suriyada koordinasiyalı hərəkəti məşq etdiklərindən yazırlar. Bunun İrana ola biləcək hücum öncəsi təlim kimi də qiymətləndirirlər.
Təbii ki, bu, çox qorxulu gedişatdır və başqa böyük dövlətlərin də öz tədbirlərini almasını şərtləndirir. Bu aspektdə Türkiyə-Rusiya-Çin-Yaponiya xəttində baş verə biləcək hadisələr maraq doğurur. Həmin çərçivədə R.T.Ərdoğanın Çinə səfəri olduqca böyük əhəmiyyət kəsb edir. Çin KİV-lərinin yazdığına görə, iki böyük dövlət demək olar ki, bütün məsələlərdə ortaq fikrə gəliblər. Xüsusilə, uyğur məsələsində R.T.Ərdoğanın son dərəcə böyük səbir və xoş niyyətlilik nümayiş etdirməsi Pekini məmnun edib. Belə görünür ki, uyğurlarla bağlı vəziyyəti süni olaraq şişirdən dairələr mövcuddur. Ankara bunun fərqindədir və təxribatlara qarşı zəruri tədbirlər görüləcək.
Bunlarla yanaşı, Çin və Türkiyə əhəmiyyətli iqtisadi, nəqliyyat və geosiyasi razılıqlar əldə ediblər. İki ölkə ticarət dövriyyəsini 50 milyard ABŞ dolları səviyyəsinə yüksəltməyi qərara alıblar. Bu, indiki həcmdən iki dəfə çoxdur. Maraqlıdır ki, Pekin bu təklifə çox müsbət yanaşıb və tərəflər asanlıqla razılığa gəliblər.
Lakin ekspertlər məsələnin heç də iqtisadi faktorlarla məhdudlaşmadığını ayrıca vurğulayır, bu kontekstdə iki məqama diqqət yetirirlər. Birincisi, Türkiyənin “Bir kəmər, bir yol†təşəbbüsündə daha aktiv iştirakını təmin etməklə bağlıdır. İkincisi, qlobal geosiyasi məsələlərdə Ankara ilə Pekinin ortaq fəaliyyət göstərməsi ilə əlaqəlidir. Hər iki problem üzrə razılıq əldə edilib.
Ticarət, sabitlik və təhlükəsizlik: ümidlər artır
Türkiyə Cümhuriyyətinin “Bir kəmər, bir yol†layihəsində iştirakı çox əhəmiyyətli və perspektivli sayılır. Çünki Türkiyə inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Ona gedən yollar Mərkəzi Asiyadan, İrandan, Azərbaycan və Gürcüstandan keçir. Türkiyə həm də Avropaya birbaşa çıxışdır. Ankara üçün xarici sərmayələrin əhəmiyyətinin nə dərəcədə böyük olduğu sirr deyil. Çünki ölkənin təbii ehtiyatları azdır. Xarici sərmayədarlar son illər bu ölkəyə gəlişlərini azaldıblar. Çin isə həmin itkiləri örtə bilər. Pekinin “Bir kəmər, bir yol†layihəsi ilə bağlı ayrıca maliyyə proqramları mövcuddur. Onların Türkiyədə də reallaşması üçün heç bir maneə yoxdur. Pekində aparılan danışıqlarda bu məqam aydın görünüb.
Bunlardan başqa, Türkiyə Çinin bu böyük layihəsi çərçivəsində əsas nəqliyyat məkanlarından biri rolunu oynaya bilər. Ankara buna hazırdır. Onun Azərbaycan və Gürcüstandan keçən layihələrdə iştirakı həm təcrübə qazanmağa, həm də infrastrukturu təkmilləşdirməyə imkan verib. İranla da müxtəlif sferalarda əməkdaşlıq yaxşı inkişaf edib. Deməli, Çinin yeni layihəsi çərçivəsində iki ölkə perspektivli əməkdaşlıq edə bilərlər.
Məsələnin bu tərəfi Türkiyə ilə Çinin hərbi-sənaye və müdafiə sferalarında əməkdaşlıqları üçün də yaxşı zəmin hazırlayıb. Pekindəki görüşdə ifadə olunub ki, hər iki ölkə hərbi texnologiyalar sahəsində müstəqil addımlar atırlar. Onların bu istiqamətdə fəaliyyətləri birləşdirmələri faydalı olardı. O cümlədən müasir hərbi texnika və silahların ortaq istehsalı mümkündür. Bu prosesə Türkiyənin NATO üzvlüyü və Rusiya ilə olan əməkdaşlığı qətiyyən maneə törətmir. Ekspertlər də hesab edirlər ki, vurğulanan sferalarda iki ölkənin ortaq layihələrdə iştirakı şansı yüksəkdir.
Bütün bunlar iki böyük dövlətin qlobal geosiyasi məsələlərdə, xüsusilə, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlığının çox vacib olduğunu göstərir. Ekspertlər bu aspektə də xüsusi maraq göstərməkdədirlər. Türkiyə-Çin geosiyasi tandemi yarana bilərmi? İki ölkə arasında əlaqələrin inkişaf potensialı varmı? Ekspertlərə görə, hər iki dövlət müstəqil hərəkət etsə, bu imkan yüksək olacaq. Çünki Türkiyə Avrasiyanın qərbində, Çin isə şərqində parlayan ulduzdur. Onlar böyük bir geosiyasi məkanda həlledici rol oynaya bilərlər.
Üstəlik, Türkiyə İslam aləminin nüfuzlu dövləti olduğundan, onun vasitəsilə Çin bütün müsəlman ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə yüksəldə bilər. Ayrıca, uyğur məsələsində yeni müsbət qərarlar alına bilər. Belə çıxır ki, Türkiyə-Çin geosiyasi əməkdaşlığı geniş bir məkanda mənzərəni tamamilə dəyişə bilər. Buraya Rusiya və İran da əlavə olunsa, çox ciddi qlobal geosiyasi güc mərkəzi yaranmış olur.
Təsadüfi deyil ki, ekspertlər Türkiyə Prezidentinin Çinə səfərinin qlobal geosiyasi proseslərdə yeni vəziyyət yaratdığını bildirirlər. Çin və Türkiyənin qarşılıqlı fayda əsasında fəaliyyət göstərməsi bütövlükdə qüvvələr nisbətini dəyişir. İndi bu cür vədlərin reallaşmasından çox şeylər asılıdır.
Beləliklə, Türkiyə Prezidentinin G20 sammiti çərçivəsində apardığı müzakirələr və ayrılıqda Yaponiya və Çin rəhbərləri ilə keçirdiyi görüşlər əhəmiyyətli və maraqlı nəticələr verib. Türkiyənin ticari əlaqələrinin bir neçə dəfə artması perspektivi yaranıb. Bu, Qərbin sanksiyalar siyasətinin tüğyan etdiyi bir mərhələdə əhəmiyyətli prosesdir. Əgər hadisələr həmin aspektdə inkişaf etsə, onda Qərbin dünya miqyasında təsiri xeyli azalmış olacaq. Artıq orada anlamalıdırlar ki, dünyanı təzyiq və cəzalarla idarə etmək zamanı keçmişdə qalıb. İndi qarşılıqlı fayda verə bilən layihələrin zamanıdır. Bu meyarı gözləməyənlərin perspektivi dumanlı görünür.
Türkiyəyə gəldikdə isə, bu ölkə müstəqil siyasəti ilə öz real gücünü getdikcə daha açıq şəkildə ortaya qoyur. İndi Ankaranın iştirakı olmadan Yaxın Şərqdə heç bir problemi həll etmək mümkün deyildir. Liviyadakı hadisələr və Kipr ətrafında baş verənlər də bunu bir daha təsdiq etməkdədir. Türkiyə heç bir sahədə geri addım atmaq fikrində deyil, əksinə, vədlərinə tam əməl etməyə çalışır.
Əlbəttə, Türkiyənin daha sürətli inkişafı region dövlətlərinin hamısına sərfəlidir (Təbii ki, Ermənistanla bağlı tərəddüdlər qalmaqdadır). Çünki tarixən siyasətdə ədalətə daha çox türk dövlətləri sahib çıxıblar. İndi də dünyanın ədalətə və beynəlxalq hüquqa ehtiyacı çoxdur. Buna görə də Türkiyənin uğuru həm də Azərbaycanın qazancıdır. Türkiyənin inkişafı ədalətin yayılması perspektivinin genişlənməsi deməkdir.
Newtimes.az
Xəbərin oxunma sayı : 217
Dünya
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






