| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
66 yaşlı kişi Xaçmazdan Bakıya gəlib qızını niyə öldürdü? - BİR QƏTLİN TARİXÇƏSİ + FOTO
Tarix 25.03.22, 22:54 |
|
Qısa arayış…
Xaçmaz rayon sakini, 1954-cü il təvəllüdlü Ələkbər Bağırov qızı İradə Paşayevanı boğaraq öldürüb. O, bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq məlumat verib. Həmin növbətçi hissədən Xətai rayon Prokurorluğuna daxil olan məlumata görə, hadisə 2020-ci il dekabrın 30-u saat 10:30-da baş verib.
Məlum olub ki, hadisə Rəşid Bağırov küçəsi 36/80 ünvanda yerləşən evdə baş verib. Ünvana baxış zamanı mətbəxdə, xalçanın üzərində arxası üstə qadın meyiti aşkar edilib. Qana bənzər ləkələrdən nümunələr, 2 ədəd idman qanteli və mərhuma məxsus mobil telefonlar qablaşdırılaraq götürülüb.
Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, İradə Paşayevanın ölümünə - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub. Mərhum başının arxa hissəsindən dəmir alətlə ağır xəsarət aldığından, boğularkən artıq özünü müdafiə edə bilməyib.
Lent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, dekabrın 25-də İradə Paşayevanın həyat yoldaşı Rövşən Paşayev Ələkbər Bağırova zəng edib, arvadının mobil telefonla müxtəlif kişilərlə danışıb, görüşməsinin şahidi olduğunu və buna görə ayrılmaq niyyəti ilə yaşadığı evi tərk etdiyini deyib. Xəyanət edib-etməməsini araşdırmaq məqsədi ilə ayın 30-da onların evinə gələn Bağırov dəhlizdə yerdən idman qantelini götürüb, mətbəxə keçib və arxadan İradə Paşayevanın baş nahiyəsinə bir dəfə zərbə endirib. Ardınca, yerə yıxılmış qızının boğaraq öldürüb.
İş üzrə dindirilmiş Ələkbər Bağırov bildirib ki, qızı İradə birinci dəfə ailə qurduğu ərindən boşanıb, həmin nikahdan olan bir uşağı yoldaşının himayəsində qalıb. Bundan bir müddət sonra, 2004-cü ildə İradə Rövşən Paşayevlə ailə qurub, bu nikahdan 2 övladı dünyaya gəlib:
“Ailəmlə Xaçmaz rayonunun Gödəkli kəndində yaşayırdım. Qızım isə ailəsi ilə Bakı şəhərinin Xətai rayonunda yaşayıb. İlk vaxtlar İradə ilə Rövşən mehriban dolanıblar, amma təxminən 2 il əvvəl kürəkənim qızımın kənar şəxslərlə telefonla əlaqə saxlamasından şübhələnib. Aralarında narazılıq yarandığından, rayondan gəlib, onları barışdırdım. 2020-ci il dekabrın 25-i saat 23 radələrində Rövşən mənə zəng vurdu. İradənin telefonunda başqa şəxslərlə yazışmalarının olduğunu, ona görə də, uşaqlarını götürüb, anasıgilə getdiyini və arvadının evdə tək qaldığını dedi. Məsələni araşdırmaq üçün ayın 26-da oğlum Bakıya yollandı, amma qızımı evdə tapa bilmədiyi üçün həmin gün rayona qayıtdı. 3 gündən sonra məcbur olub təkcə paytaxta gəldim. İradə ilə evində görüşdükdə, qızım telefonda heç kəslə yazışmadığını dedi. Gecə onun evində qaldım. Dekabrın 30-u səhər saat 9 radələrində oyanıb, çay içdikdən sonra, İradəyə “əgər günahkar deyilsə, qayınanasıgilə getməsini və bu məsələni həll etməsini” dedim. Amma qızım heç yerə getməyəcəyini söyləyərək, mənə kobud cavab qaytardı. Şəxsi işlərinə qarışmamağımı deyərək, məni təhqir etdi.
İradənin günahkar olduğunu hiss edərək, onu öldürmək qərarına gəldim. Dəhlizdə yerdə olan idman qantelini götürüb, mətbəxə keçdim. Arxadan yaxınlaşaraq baş nahiyəsinə güclü zərbə vurdum. Yerə yıxıldıqdan sonra, üzərində oturaraq əllərimlə boğazından tutub, onu boğdum. Daha sonra evdən çıxaraq, yaxınlıqdakı polis şöbəsinə getdim. Yolda oğluma və qaynıma zəng edib, İradəni öldürdüyümü və polisə təslim olmağa getdiyimi dedim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Zərifə Bağırova ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşı, mərhum isə qızı olub. Baş vermiş hadisədə günahı qızında görür:
“Ərim təqaüdçüdür, ondan əvvəl kənd bələdiyyəsində işləyib, kənd sakinləri ona böyük hörmət bəsləyirlər. Dekabrın 25-i saat 23 radələrində kürəkənim ərimə zəng vurub İradənin 2-ci mobil telefonunu tapdığını, həmin telefonda arvadının gizlin yazışmalarını və yaxın vaxtlarda boşanacağını demişdi. Rövşən eyni sözləri zəng edib oğluma da dedi və hətta telefonuna sübut olaraq bacısının yazışmasını göndərdi. Yaranmış vəziyyətlə əlaqədar evimizdə böyük narahatçılıq yarandı, mən İradə ilə danışmaq istəsəm də, qızım zənglərə cavab vermədi. Ona görə də, ayın 26-da Rövşənlə İradəni barışdırmaqdan ötrü oğlum ilə ərim Bakıya getdilər. Amma evdə heç kimi tapmadıqlarından geri qayıtdılar. 3 gündən sonra ərim tək şəhərə yollandı və dekabrın 30-da oğluma zəng edib, İradəni öldürdüyünü xəbər verdi”.
Şahid Rövşən Paşayev ifadəsində göstərib ki, o, 1996-99-cu illərdə Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsində mühafizəçi vəzifəsində işləyib. İşdən çıxdıqdan sonra fərdi əməklə məşğul olub:
“Xaçmaz rayonundan olan qohumlarımgilə gedəndə, orada İradəni görüb bəyəndim və 2004-cü ildə onunla evləndim. Ailəmlə Xətai rayonunda, NZS qəsəbəsindəki həyət evində yaşayırdım. Nikahdan iki övladımız var. İradə fərdi qaydada evlərdə təmizlik işləri görürdü. Ailəmizdə problem olmayıb. Amma 2018-ci ilin fevral ayında arvadımın telefonuna çoxlu mesaj və zənglərin gəldiyini, qadının ismarıcları məndən gizlətdiyini, zənglərə isə başqa otağa keçib, cavab verdiyini gördüm. Müxtəlif bəhanələr gətirərək telefonunu məndən gizlədirdi. Günlərin bir günü fürsət tapıb İradənin telefonuna baxanda, müxtəlif kişilərdən çoxlu mesajlar və zənglər gəldiyini gördüm. Qayınatam və qayınanamı rayondan Bakıya çağırdım. Arvadım üzr istəyərək birdə belə bir şeylər etməyəcəyinə söz vermişdi. İradəni sevdiyimdən, həm də uşaqları balaca olduğundan onu bağışladım. Hadisədən 3-4 ay əvvəl yenidən yoldaşımın telefonuna zənglər və mesajlar gəldiyini hiss etdim. İradə hamam otağında olanda, döşəyin altından telefonu tapdım. Onun başqa şəxslərlə ünsiyyətdə olduğunu görərək, ismarıcları və fotoşəkilləri onun telefonundan öz telefonuma ötürdüm. Arvadımın xəyanət etdiyinə tam əmin oldum. Mübahisə etdikdən sonra uşaqları götürüb, anamgilə getdim. Dekabrın 26-da qaynım mənə zəng edərək, evimizin qarşısında dayandığını, amma qapının bağlı olduğunu dedi. Mən də evə gələrək, qapını açdım. Qaynım İradə ilə aramızda olan məsələni aydınlaşdırmaq üçün gəldiyini demişdi. Mən bir daha İradənin hərəkətləri barədə qaynıma məlumat verərək, boşanacağımı söylədim. Qaynım İradəyə zəng etsə də, onun telefon nömrəsi bağlı oldu. Ayın 29-da axşam qayınatam zəng edib, mübahisəni həll etməkdən ötrü gəldiyini bildirəndə, evə gəlməyəcəyimi, qızını boşayacağımı və qərarımın qəti olduğunu dedim. Növbəti gün qaynım zəng vuraraq, atasının İradəni öldürdüyünü və polisə getdiyini xəbər verdi”.
Şahid əlavə edib ki, qayınatasına böyük hörməti var, o namuslu insandır. Ürəyi, qızının əxlaqsız hərəkətlərini götürə bilmədiyi üçün bu cinayəti törədib.
Mərhuma məxsus mobil telefondan köçürülmüş görüntü və mətnlərdən, İradə Paşayevanın “Hafiz, İsrail, Namiq, Abdullah” adlı şəxslərlə tanışlıq və sevgi xarakterli yazışmaları olması müəyyən olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələkbər Bağırov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
Xəbərin oxunma sayı : 943
Kriminal
Xəbərlər
-
Əşrəf Səfərov yenə DOST-a ofis icarəyə verdi - Bu dəfə aylıq 55 min manata
-
“Rusiyaya qarşı “uzaqmənzilli sanksiyalar“ gücləndiriləcək“ - Zelenski
-
“Məndə adları var, amma açıqlamaq düz çıxmaz” - Qurban Qurbanov
-
Azərbaycanda bu il bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Böyük Qayıdışın növbəti ünvanı: Ağdərənin Aşağı Oratağ kəndinə köç oldu
-
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
-
Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi - FOTOLAR
-
MİT əməliyyat keçirdi - Casusluq edən 7 nəfər həbs olundu
-
Starmer könüllü istefa verə bilər - “The Daily Telegraph”
-
Bu ölkədə güclü zəlzələ təhlükəsi: Əhaliyə xəbərdarlıq edildi
-
İliyana Yotova Azərbaycana səfər edib - Liderlər Sammitində iştirak etmək üçün
-
Azərbaycan Ümumdünya Şəhərsalma Forumu ilə bağlı təcrübəsini bölüşməyə hazırdır - İlham Əliyev
-
Bölgələrdə samovar çayının qiyməti 50 manata qalxdı - VİDEO
-
Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər - Ərdoğan
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Qarabağ“ isveçli hücumçunu transfer edir - Danışıqlar son mərhələdə
-
Xırdalanda daha bir qanunsuz tikinti - Əlavə 2 mərtəbə də artırılır (VİDEO)
-
Avtomobil bazarında kəskin bahalaşma - QİYMƏTLƏR
-
182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçdi - WUF13
-
Böyük Qayıdış davam edir:18 ailə Şükürbəyliyə qayıtdı
-
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - FOTO
-
NATO-nu İsveçrə saatları ilə müqayisə etdi - “Bahadır, amma işləyir”
-
Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Kamboca Baş nazirinin müavini Azərbaycana gəldi - WUF13-də iştirak üçün
-
Azərbaycanda gözlənilən yenilik: minimum maaş 700 manat
-
SEPAH Hörmüz boğazından keçidə icazə verir - Yeni protokollar əsasında
-
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
-
Azərbaycan hərbçiləri “EFES-2026“da - VİDEO
-
“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib
-
Metroda zarafat edənlər 200 manat cərimələnəcəklər - VİDEO
-
Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO
-
İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı (FOTOLAR)
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır - XƏBƏRDARLIQ
-
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - “The New York Times“
-
Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
-
Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib
-
“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?
-
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - FOTO/VİDEO
-
“Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır“ - Zelenski
-
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən paylaşım - VİDEO
-
Əcnəbilər Azərbaycandakı otellərdə nə qədər xərcləyiblər? - Ölkələr üzrə siyahı
-
Mövsüm öncəsi bəzi bölgələrdə bir samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO
-
Bakıxanovun oyektlər kralı - Agaclar ya kəsilir, ya da qurudulur...
-
Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək
-
ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır - “Reuters”
-
Əməkhaqqı xərci 1 milyon manatı keçən iqtisadi rayon hotelləri - SİYAHI
-
“Məscidlərdə bayram namazı mayın 27-də qılınacaq“ - QMİ
-
ABŞ İranın münaqişənin həlli ilə bağlı planını rədd etdi - “Mehr”
-
Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
-
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda neçə qadın aliment verir? - Nazirlik açıqladı
-
Ötən il Avropadan 135 min əcnəbi deportasiya olunub - Ölkələr üzrə siyahı
-
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
-
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul etdi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
-
Prezidentlə həmkarları təməlqoyma mərasimində - FOTOLAR
-
Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında - Fotolar
-
TDT başçılarının Zirvə görüşü - Prezident çıxış etdi
-
“Mən əsasən Bakı metrosundan istifadə edirəm” - AYNA sədri
-
ATU-nun 159 minlik tenderini qazanan “Referans Pharmaceuticals“ kimindir?
-
Prezident İlham Əliyev Zirvə görüşündə - FOTO
-
20 manat kapitalla yarım milyonluq tenderlər qazanmışdı - “ETİBARSIZ“ ELAN EDİLDİ
-
ABŞ–Çin qarşıdurması: Dünya ikiyə bölünür? - TƏHLİL
-
Prezident həmkarları ilə Türküstanı gəzdi - FOTOLAR
-
Fənn müsabiqələrində keçid balları etiraz yaratdı - Qurum açıqlama yaydı
-
“Qəsəbələrə metro açılsa, şəhər mərkəzi iflic ola bilər” - Metropolitenin sədri
-
Nazirlik Rasim Rzayevdən ofis icarəyə götürüb - 365 min manata
-
Pakistan yeni “Fatah-4“ raketini sınaqdan keçirib - Hansı üstünlükləri var? + VİDEO
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistanla münasibətlər müttəfiqlik xarakteri daşıyır, lakin...“ - Lavrov
-
Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir - FOTOLAR
-
Müsadirə edilmiş ev, torpaq və maşınlar satışa çıxarılır - Qiymətlər
-
Əməkhaqqılarla bağlı yenilik - Belə olacaq
-
ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTOLAR
-
Donald Trampın Çinə səfəri başa çatdı - VİDEO
-
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
-
Vüsal Nəsirli direktoru işdən çıxardı - Yeni vəzifə verdi
-
Azərbaycandan keçən 977 ton buğda Ermənistana göndərildi - FOTOLAR
-
“Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
-
Xarici valyuta ehtiyatları azalan sığorta şirkətləri - CƏDVƏL
-
Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir
-
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
-
İstanbul Bələdiyyəsində növbəti əməliyyat - 12 nəfər tutuldu
-
Sumqayıtda transformator piyada səkisinin üzərində qurulub - TƏHLÜKƏ/VİDEO
-
Böyük Qayıdış davam edir:Zəngilan və Cəbrayıla növbəti köç yola salınıb
-
“ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək“ - Tramp
-
“Kupça“sız qalan sakinlərin fəryadı: “Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə“ - VİDEO
-
Bu gündən paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilir - VİDEO
-
Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
-
Adil Vəliyev Sabunçuda ağacları, parkları restoranlara qurban verir - VİDEO
-
Tədbirlər Planı təsdiqləndi - Peşə təhsili ilə bağlı
-
Rusiya XİN-dən ciddi xəbərdarlıq - Ermənistan da siyahıya əlavə edildi
-
Naftalandakı otellərdə ən çox hansı ölkənin vətəndaşları pul xərcləyib? - Tam siyahı
-
“SAT imtahanlarında saxtakarlıq halları var“ - Məleykə Abbaszadə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tanınmış iş adamını yoldaşı şantaj etdi - 10 il 6 aylıq cəza aldı
-
Prezident yeni Dövlət Agentliyi yaratdı -FƏRMAN
-
AzTV tanınmış şəxslərə 424 min manat ödəyəcək - Adlar
-
“Robert Koçaryan həbsxanada oturmalıdır“ - Paşinyan
-
Məşğulluq Agentliyində kadr dəyişikliyi - Musayev vəzifəsindən ayrıldı
-
Analitik Ekspertiza Mərkəzi “Dr. Güllü“ nü indi araşdırır? - Ölkədə yüzlələ “Dr.Gülü“lər var...
-
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan... (DETALLAR)
-
Ödənişsiz çimərlik ərazisində tikinti aparılır - Vətəndaşlar istifadə edə bilməyəcək?
-
Ayın 15-də intensiv yağış yağacaq, dolu düşəcək - Proqnoz
-
Turizm Agentliyi 3 ölkədən jurnalist və blogerlər gətirir - 210 min ayrılıb
-
Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? - DİM sədri açıqladı
-
Pulsuz avtobus xətti açıldı - Bu gündən fəaliyyət göstərir
-
NATO-nun ən güclü orduları açıqlandı: Türkiyə neçəncidir? (SİYAHI)
-
Bakının bu rayonunda 22 ev söküləcək – Kompensasiya veriləcək
-
Azərbaycan çempionuna cəlbedici təklif: Klubu tərk edir
-
Nazirlik “Dr. Güllü” nü araşdırdı - o, əslində kim imiş?
-
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
-
Gürcüstanda ağır qəza - Altı azərbaycanlı gənc öldü
-
Nazir Əhəd Abdiyevə yeni vəzifə verdi - Bu quruma rəhbərlik edəcək
-
AzTV-də Gülüstan müqaviləsi haqqında film hazırlandı - VİDEO
-
Minimum əməkhaqqı nə zaman artırılacaq? - Deputat AÇIQLADI
TOP 10
ARXİV






