Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Ölkə xaricində yaşayan şəxsdən aliment necə tutulur? - AÇIQLAMA

Tarix 01.10.25, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Boşanmaq yalnız ailə dağılması deyil, həm də övladların valideyn himayəsindən məhrum böyüməsidir. Bəzən valideynlər aliment verməmək üçün xaricə belə qaçırlar.

Bəs ölkə xaricində yaşayan şəxsdən aliment necə tutulur?

Məsələ ilə bağlı hüquqşünas Mircavad Miriyev ATV-yə bildirib ki, bu zaman alimenti alan şəxs müvafiq icra şöbəsinə müraciət etməlidir:

"Aliment ödəməli olan valideyn ölkədən kənara gedərsə, bu zaman xeyrinə aliment kəsilmiş valideyn icra şöbəsinə müraciət edərək, icra məmuruna aliment ödəməli olduğu şəxsin xaricdə olduğu ilə bağlı məlumat verməlidir. İcra məmuru bununla bağlı Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə müraciət ünvanlaya bilər. Həmin idarə tərəfindən icra vərəqəsi müvafiq xarici ölkənin Ədliyyə Nazirliyinə yönləndiriləcəkdir".

Hüquqşünas qeyd edib ki, şəxsin aliment ödənişləri yığılıb qaldıqda isə onun ölkədə olan bank hesablarına yönləndirilə bilər. Əgər şəxsin olduğu yer məlum deyilsə, bu zaman onun barəsində axtarış verilir. Əgər qərəzli şəkildə alimenti ödəməkdən boyun qaçırırsa, bu zaman cinayət işi açılır:

"Əgər valideyn borcları ödəməzsə, icra məmuru tərəfindən məhkəməyə müraciət edilir. Həmin valideyn İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, 1 ay müddətinə qədər inzibati qaydada həbs edilməsi məhkəmə qərarı qəbul edilə bilər. Əgər bu hal təkrar olarsa, Cinayət Məcəlləsinin 306-cı maddəsinə müvafiq olaraq həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər"./Milli.az/



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap