Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Dostu 132 minini ələ keçirmişdi - Hökmü görmədən vəfat etdi

Tarix 01.10.25, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Külli miqdarda dələduzluqda təqsirləndirilən 1962-ci il təvəllüdlü Nəsir Əliyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, əvvəllər “makler” kimi fəaliyyət göstərmiş N.Əliyev Əli adlı həmkarı ilə yanacaq satışı biznesinə başlayıb. Bu məqsədlə o, Əli vasitəsilə neftayırma zavodundan uzun müddət ərzində yanacaq götürərək Tərtər, Yevlax, Bərdə və digər rayonlardakı kiçik məntəqələrə satıb. Lakin Nəsir əldə edilən puldan Əliyə çatmalı olan 132 min manatı verməyərək ələ keçirib.

Məhkəmədə qeyd edilib ki, məsələ ilə bağlı cinayət işinin açılmasından sonra Əli vəfat edib. Onu məhkəmədə həyat yoldaşı təmsil edib. Mərhumun xanımı bildirib ki, Nəsir ilk vaxtlardan ərinin ona olan etimadından sui-istifadə edərək dələduzluq əməlləri törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsir Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilinib. Ona 5 il 6 ay həbs cəzası verilib.



Xəbərin oxunma sayı : 472




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap