Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Beyləqanda tədbir keçirildi - FOTOLAR

Tarix 02.10.25, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 2-də Beyləqandakı Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil müəssisələrində neqativ halların qarşısının alınması və şagirdlər arasında nizam-intizamın möhkəmləndirilməsi məqsədilə genişmiqyaslı tədbir təşkil olunub.

AzFakt.com xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Elşad Əzimov, Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, ümumtəhsil müəssisələrinin direktorları, müəllimlər və psixoloqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov məktəblərdə təhlükəsizliyin təmin olunması, qanun pozuntularının qarşısının alınması və şagirdlərin nizam-intizamının möhkəmləndirilməsi istiqamətində aparılan tədbirlərdən danışıb. O, ümumtəhsil müəssisələri ilə polis əməkdaşları arasında sıx əməkdaşlığın, həmçinin şagirdlər üçün sağlam və təhlükəsiz sosial mühitin yaradılmasının zəruriliyini vurğulayıb və qarşıda duran əsas vəzifələrə toxunub.

Rayon prokuroru Elşad Əzimov çıxışında qanunvericilik normalarına riayət etməyin vacibliyini, məktəblərdə intizam pozuntularının hüquqi nəticələrini və valideynlərin məsuliyyətini qeyd edərək maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib. O, şagirdlərin hüquqi savadlılığının artırılması və hüquq-mühafizə orqanları ilə məktəblərin birgə fəaliyyətinin gücləndirilməsinin mühüm olduğunu diqqətə çatdırıb.

Tədbirin yekununda çıxış edən icra başçısı Əziz Əzizov müəllimlər və məktəb rəhbərlərinə şagirdlərin düzgün tərbiyəsi, psixoloji dəstəyin təşkili, intizamın qorunması və təlim-tərbiyə işlərinin səmərəli təşkili ilə bağlı öz tövsiyələrini verib. Rayon rəhbəri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevavın təhsilə göstərdiyi diqqət və qayğını xatırladaraq, məktəb ictimaiyyəti, müəllimlər və valideynlərin birgə əməkdaşlığının şagirdlərin məsuliyyətli və hüquqi cəhətdən savadlı təhsil mühitində böyüməsi baxımından mühüm rol oynadığını vurğulayıb.

Tədbir şagirdlərin nizam-intizamının möhkəmləndirilməsi, məktəblərdə təhlükəsiz və məsuliyyətli təhsil mühitinin təmin olunması baxımından maarifləndirici əhəmiyyət kəsb edib.







Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap