Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bakının bu ərazisində evlərdə tarakanlar gəzir - Qurumlar nə deyir?

Tarix 01.10.25, 22:26

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivindən keçən Samur-Abşeron su kanalı uzun müddətdir ki, baxımsız və antisanitar vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, ərazidə zibil qutularının az olması səbəbindən plastik torbalar, məişət və qida tullantıları birbaşa kanala atılır. Lakin müşahidələr göstərir ki, ərazidə kifayət qədər tullantı konteynerləri mövcuddur.

Əlavə olaraq, kanalizasiya sistemi olmadığı üçün bəzi hallarda kanal çirkab sularının axıdıldığı yerə çevrilir.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti məlumat verib ki, kanal boyunca bütün əlçatan yol sahələrində tullantıların toplanması üçün müvafiq konteynerlər yerləşdirilib. Şikayət olunan ərazidə isə hər birində 5 konteyner olan iki zibil meydançası fəaliyyət göstərir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə açıqlamasında bildirib ki, Samur-Abşeron kanalı suvarma təyinatlıdır və hazırda istifadədə deyil. Fəaliyyəti dayandırıldığı müddətdə sakinlər tərəfindən ora müxtəlif tullantılar atılır. Hətta sukanal idarəsinin qəza xidməti kanalı vaxtaşırı təmizləsə də, eyni problem yenidən yaranır və edilən xəbərdarlıqlara baxmayaraq vəziyyət dəyişmir./Milli.az/



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap