Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Beyləqanda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu - Fotolar

Tarix 01.10.25, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Beyləqan rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək prokurorluq orqanlarının dövlət idarəçiliyində və qanunun aliliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ölkədə aparılan hüquqi islahatlar nəticəsində prokurorluq orqanlarının daha da gücləndiyini və peşəkarlıq prinsipləri əsasında fəaliyyət göstərdiyini qeyd edib. İcra başçısı əməkdaşları peşə bayramı münasibətilə təbrik edib və dövlətçiliyin qorunmasında və Peşə Bayramı münasibətilə bir qrup prokurorluq əməkdaşına fəxri fərmanlar təqdim edib.

Daha sonra Beyləqan rayon prokurorluğunun əməkdaşı Azərbaycanın Baş prokuroru Kamran Əliyevin peşə bayramı münasibətilə təbrik məktubunu tədbir iştirakçılarına təqdim etdi.

Tədbirdə həmçinin rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, rayon məhkəməsinin sədri Ramiz Nurullayev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək prokurorluq əməkdaşlarını təbrik edib, onların dövlət və cəmiyyət qarşısında məsuliyyətli missiyalarını yüksək qiymətləndiriblər.

Tədbirin yekununda Beyləqan rayon prokuroru Elşad Əzimov çıxış edərək, iştirakçıları bir daha peşə bayramı münasibətilə təbrik edib, prokurorluq əməkdaşlarının dövlət qarşısında daşıdıqları məsuliyyətin önəmini qeyd edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.






Xəbərin oxunma sayı : 424




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap