Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Xankəndidə iş axtardı, 8600 pulu getdi - Səddamın dələduzluğu

Tarix 01.10.25, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Xankəndi şəhərində işə düzəlmək istəyən Goranboy sakini Lamiyə Quliyeva (şərti) dələdzuluqla üzləşib. 

Qaynarinfo-nun məlumatına görə, ona qarşı bu əməli əvvəldən tanıdığı Zəminə Qasımovanın (şərti) oğlu Səddam törədib.

Xankəndidə işlədiyini deyən Səddam Lamiyə Quliyevanı əmin edib ki, onun üçün də sözügedən şəhərdə iş tapa bilər. Lakin bunun üçün pul lazımdır. Lamiyə Quliyeva da razılaşaraq Səddama hissə-hissə olmaqla 8600 manat pul verib. 

Səddam vədinə əməl etmədiyindən Lamiyə Quliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Səddam Xocalı ərazisində saxlanılıb. O ilkin dindirmə zamanı təqsirini etiraf edib. Səddama Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Daha sonra isə polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri əvəzlənib. 

Cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılıb. Məhkəmədə Səddam verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məlum olub ki, o, əslində heç yerdə işləmir. Elə bu səbəbdən də dələduzluq yolu ilə vətəndaşların pulunu ələ keçirmək qərarına gəlib. Səddam dəymiş ziyanın bir hissəsini ödədiyini deyərək məhkəmədən ona yüngül cəza verilməsini istəyib. 

Məhkəmənin hökmü ilə Səddama 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 



Xəbərin oxunma sayı : 517




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap