Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycanda startaplara sərmayə qoymağa risk etmirlər - Dünyada sonunculardanıq

Tarix 01.10.25, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, ABŞ-də fəaliyyət göstərən Portulans İnstitutu və BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) birgə hazırladıqları “Qlobal İnnovasiya İndeksi – 2025” adlı hesabatı açıqlayıblar.

Yeniavaz.com xəbər verir ki, hesabatda 139 ölkənin iqtisadiyyatı təhlil olunub və onların innovasiya sahəsindəki güclü və zəif tərəfləri göstərilib.

Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi – 2025” adlı hesabatda Azərbaycanın “İnvestisiya” (“Investment”) sahəsindəki mövqeyi 139 ölkə arasında 124-cü yer olub.
Azərbaycanın “İnvestisiya” sahəsi üzrə göstəriciləri 5 istiqamət üzrə dəyərləndirilib:
“Bazar kapitallaşması” (“Market capitalization”) – 82-ci yer. Bu, ölkənin bütün şirkətlərinin birjada olan ümumi dəyərinin ÜDM-yə nisbəti əsasında hesablanır.
“Riskli sərmayələr” (“Venture capital”) – 120-ci yer. Bu göstərici startaplara və yeni biznes ideyalarına qoyulan riskli sərmayələri əks etdirir.
“Son mərhələ investisiyaları” (“Late-stage VC”) – 98-ci yer. Bu onu göstərir ki, innovativ şirkətlər böyümə mərhələsinə çatanda belə sərmayə cəlb etməkdə çətinlik çəkirlər.
“Riskli sərmayələr üzrə əqdlərin sayı” (“VC investors deal count”) – 110-cu yer. Bu, ölkədə riskli sərmayə qoymağa hazır investorların çox az olduğunu göstərir.
“İnvestorların ortaq iştirak səviyyəsi” (“VC investor co-participation”) – 111-ci yer. Bu isə investorların birgə layihələrdə iştirak etməkdə maraqsız olduqlarını göstərir.

Müqayisə üçün onu da qeyd edək ki, “İnvestisiya” sahəsi üzrə keçmiş SSRİ və region ölkələrinin mövqeləri belədir:
Estoniya – 2-ci yer;
İran – 32-ci yer;
Litva – 35-ci yer;
Latviya – 39-cu yer;
Türkiyə – 69-cu yer;
Ermənistan – 76-cı yer;
Rusiya – 81-ci yer;
Gürcüstan – 85-ci yer;
Ukrayna – 88-ci yer;
Qazaxıstan – 90-cı yer;
Tacikistan – 102-ci yer;
Özbəkistan – 107-ci yer;
Moldova – 110-cu yer;
Azərbaycan – 124-cü yer;
Belarus – 126-cı yer.

Məlumat üçün bildirək ki, “Riskli sərmayələr” (“Venture capital”) investorların yüksək riskli, amma böyük gəlir vəd edən startaplara və yeni texnologiya şirkətlərinə yatırdığı sərmayədir. Bank kreditlərindən fərqli olaraq, bu halda investor şirkətin müəyyən payını satın alır. Belə sərmayələr əsasən texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən gənc startaplara yönəldilir.
Xatırladaq ki, “Google”, “Facebook”, “Uber” kimi uğurlu şirkətlər məhz “riskli sərmayələr” hesabına böyüyərək dünya nəhənglərinə çevriliblər.



Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap