Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

XI Beynəlxalq Kitab Sərgisində qalmaqal - Nigar Köçərli sərgini tərk etdi

Tarix 02.10.25, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Bakı EXPO Mərkəzində keçirilən XI Beynəlxalq Kitab Sərgisində qalmaqallı hadisə baş verib.

Yeniavaz.com xəbər verir ki, “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli sosial şəbəkədə məlumat yayaraq sərgini tərk etdiklərini bildirib.
“Təəssüf ki, “Əli və Nino” kitab sərgisini tərk etməyə məcbur oldu. Bizə qarşı olan bu təhqiri həzm edə bilmədik. Nazirlər dəyişsə də, köhnə intriqalar və bizə münasibət dəyişmir”, - deyə Nigar Köçərli açıqlamasında bildirib.
Onun sözlərinə görə, əvvəlcə təşkilatçılarla razılaşaraq sərginin sonunda yer götürsələr də, həmin yer başqa təşkilata vəd edilib:
“Hamı kimi, sərgiyə stendləri düzmək üçün 1 gün əvvəl getdik. Amma bizə (“Əli və Nino”ya) ayrılan yerin başqa təşkilata artıq vəd olunduğunu dedilər. Səhər 7-də komandamız sərgiyə gələndə gördü ki, həmin yerdə artıq başqa (kitaba aid olmayan) təşkilat məskunlaşıb. Nazirliyin əməkdaşları heç nə olmamış kimi bütün əvvəlki danışıqları inkar etdilər”.

Nigar Köçərlinin bildirdiyinə görə, bu vəziyyətdən sonra “Əli və Nino” ilə yanaşı “Qanun” nəşriyyatı da sərgini tərk etmək qərarına gəlib:
“Çox pis vəziyyətdə idik. Qarşımızda çox çətin dilemma dayanmışdı. Biz gediriksə, bəs 20-dən çox müəllifin imza saatı və təqdimatı necə olacaq? Elə yazıçı var ki, ilboyu bu hadisəyə hazırlaşırdı. Hələ çəkilən xərcləri, komandamızın əziyyətini demirəm. Nəticədə Şahbaz bəylə qərara gəldik – biz qalırıq, imza günləri davam edir, “Əli və Nino” üçün isə koridorda bir neçə masa açdıq və kitabları düzdük. Durum o qədər təhqiredici idi ki, utandığımdan heç banneri da açmadım. Məyus və aşağılanmış vəziyyətdə ofisə qayıtdıq. Sonra başa düşdüm ki, mən bu vəziyyətlə barışa bilmərəm. Şahbaz bəyi inandırdım ki, “Qanun” işinə davam etsin, biz isə (“Əli və Nino”) sərgini tərk edək”.



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap