Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Hərbi komissarın məhkəməsi: “Pulu “şirinlik“ kimi vermişəm“

Tarix 01.10.25, 20:41

Font ölçüsü : - / +
bitmap-img6


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib.

O bildirib ki, Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir:

"Aliəvi tanışımız Maya xanımın oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu, ali məktəbə imtahan vermək üçün möhlət istəyirdi. Çünki Dövlət İmtahan Mərkəzi çağırış yaşında olduğuna görə arayış istəyirdi. Ona görə də imtahanda iştirak edə bilməsi üçün hərbi komissarlıq "stop"u götürməliydi. Mən də bununla bağlı Xəzər rayonunun hərbi komissarı Ramin Şükürovla görüşdüm və Maya xanımın 4 min manatı olduğunu söylədim. Daha sonra pulu onlara çatdırdım".

O, dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandırarkən deyib ki, Ramin Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otaqdakı Xaliq Əzizova verməsini istəyib.

Daha sonra Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, Ramin Şükürova çatmalı olan pul "şirinlik" olub:

"Onsuz da pul olsa-olmasa da, Ramin müəllim bu işi görəcəkdi. Mən də pulu da "şirinlik" kimi vermişəm".

Vəkilin pulun "şirinlik" və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun "şirinlik" olduğunu deyir. Ceyhun Yusifov isə bildirib ki, şirniyyat ancaq kulinariyada olur.

İzahat verən Ramin Şükürov isə şahidin yalan danışdığını deyib.

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin görülməsi bəzən 6 min, bəzən də 8 minə başa gəlir:

"Dedim ki, Maya xanımın 4 min manatı var. Mən də 4 min manatı alaraq Ramin Şükürovun yanına gətirdim. O da pulu Xaliq Əzizova verməyimi istədi. Mən də pulu ona verdim. Bildirdim ki, pulu say, götür. O da pulu sayaraq götürdü. Xaliqin də bu işlərdən xəbəri olub".

Ülfət Məmmədov ibtidai istintaqa verdiyi ifadəni qismən təsdiqləyib. Bildirib ki, Ramin Şükürovla 6 min, 8 min manat söhbəti olmayıb: "Xalid də pulu mənim yanımda saymayıb. Mən sənədin içinə qoyub vermişəm".

Şahid məhkəmədəki ifadəsini təsdiqləyib.

Proses oktyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Məhkəmənin gedişatında Ramin Şükürov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.



Xəbərin oxunma sayı : 337




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap