Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Gürcüstanda etiraz aksiyası - Soydaşlarımız maaşlarını ala bilmirlər

Tarix 18.04.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir.

AzFakt.com xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Paytaxt Tbilisi şəhərində yanvardan şirkətdə fəaliyyətə başlayan işçilər yalnız bir dəfə ödəniş aldıqlarını, bir qismi isə ümumiyyətlə əməkhaqqı almadıqlarını deyir.

Şikayətçilərdən biri problemin mahiyyətini belə izah edib: "Yanvarın 10-dan gəldik bura işə. Bizə dedilər ki, fasad işlərini görəcəksiniz. Ayın 15-dən 15-nə pulunuz veriləcək. Fevralın 15-nə qədər aylığımızı vermədilər. Bizə az bir miqdarda avans verdilər. Dedilər ki, işlərinizi bəyənmişik, davam edin. Martda pulumuzu tələb edəndə dedilər ki, bu gün veriləcək, sabah veriləcək. Dünən söhbətə qalxanda dedilər ki, guya pulu direktora veriblər. Yəni bizim başımıza belə oyun açırlar. Ortaya çıxan, məsuliyyət daşıyan yoxdur".

"Arke" şirkətinə məxsus inşaatın qarşısına toplaşaraq etiraz aksiyası keçirənlər arasında əməkhaqlarını ala bilməyən gürcü işçilər də var. İnşaat şirkətinin nümayəndələri işçilərin etirazına cavab olaraq, onların gördükləri işin qarşılığında əməkhaqqının ödənildiyini bildirib.





Xəbərin oxunma sayı : 448




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap