Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“SM Travel” şirkətinin rəhbəri Samir Hüseynov xaricə işə gətmək istəyənləri aldadıb - VİDEO

Tarix 02.06.26, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Xaricdə iş ümidi ilə müraciət edən şəxslər indi həm vaxt itirdiklərini, həm də ödədikləri pulu geri ala bilmədiklərini iddia edirlər.

AzFakt.com xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onlar sosial şəbəkələrdə xaricdə iş imkanı ilə bağlı paylaşımlardan sonra “Dünya Viza Dəstəyi” adlı şirkətə müraciət ediblər. Müsahiblərimiz bildirirlər ki, şirkətin rəhbəri kimi təqdim olunan Ruslan Hüseynovla müqavilə bağlayıblar və Almaniya, İngiltərəveri, İsrail, Polşa kimi ölkələrdə işə düzələcəkləri vəd edilib. Onların iddiasına görə, bu xidmət qarşılığında hər şəxsdən təxminən 2 min manatdan 4 min manatadək məbləğ alınıb. Onlara 2-3 ay ərzində xaricə göndəriləcəkləri bildirilsə də, proses aylarla uzanıb.

Şikayətçilər bildirirlər ki, bir müddət sonra “Dünya Viza Dəstəyi”nin fəaliyyəti dayandırılıb. Onların sözlərinə görə, bundan sonra Ruslan Hüseynov onları qardaşı Samir Hüseynova yönləndirib. Müsahiblərimiz iddia edirlər ki, “SM Travel” şirkətinin rəhbəri kimi təqdim olunan Samir Hüseynov yarımçıq qalan prosesin davam etdiriləcəyini və xaricə işə göndərilmələrinin təmin olunacağını bildirib. Lakin bu vəd də yerinə yetirilməyib. Onlar hazırda ödədikləri məbləğin geri qaytarılmasını tələb edirlər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Ruslan Hüseynovla telefon əlaqəsi saxlamaq cəhdlərimiz nəticəsiz qaldı, zənglərimizə cavab verilmədi. Daha sonra Samir Hüseynovun rəhbəri olduğu bildirilən “SM Travel” şirkətinə üz tutduq. Şirkətdə şifahi olaraq bildirildi ki, Samir Hüseynov hazırda işdə deyil. Onunla telefon əlaqsi yaratdıq. Bildirdi ki, həmin şəxslərin xaricə göndərilməməsinin əssa səbəblərindən biri iran-israil müharibəsidir. Həmin müharibə səbəbindən viza məsələlərində problem yaranıb. Samir Hüseynov onu da qeyd etdi ki, həmin şəxslərdən bəziləri israildə işlə təmin edilməsi üçün addımlar atılacaq. İşlə təmin edilə bilməyənlərin isə müqavilə əsasında ödənişləri geri qaytarılacaq.






Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap