Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Zelenski bunu etsə, müharibə günün sonuna qədər bitər” - Peskov

Tarix 02.06.26, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Ukraynadakı müharibəni bitirmək üçün irəli sürdüyü şərtlərdən və qanuni Ukrayna torpaqlarına iddialarından geri çəkilmək fikrində deyil. 

Bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov növbəti açıqlaması ilə təsdiqləyib.

Peskov jurnalistlər qarşısında çıxış edərək deyib ki, Ukraynadakı müharibə “günün sonuna qədər” bitə bilər: "Müharibəyə günün sonuna qədər son qoyula bilər... Buna nail olmaq üçün Zelenski silahlı qüvvələrinə Rusiya bölgələrinin ərazilərini tərk etməyi əmr etməlidir". Peskov “Rusiya bölgələri” deyərkən, Rusiya işğalçı ordusunun hələ tam işğal edə bilmədiyi və yaxın gələcəkdə edə bilməyəcəyi Donetsk, Zaporojye və Xerson vilayətlərinin Ukraynanın nəzarətində qalan hissələrini nəzərdə tutub.

Bundan öncə Vladimir Putin dəfələrlə eyni tələblərlə çıxış edib və deyib ki, müharibənin “əsas ilkin səbəblərinin aradan qaldırılması” şərti ilə hərbi əməliyyatlar dayandırıla bilər. O bildirib ki, Ukrayna öz qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarmalı, ilhaq edilmiş Krımla bərabər bu bölgələr beynəlxalq müqavilələrdə Rusiyanın bir hissəsi kimi tanınmalıdır. Üstəlik, Ukrayna neytral və nüvəsiz olmalı, "demilitarizasiya və denasifikasiya" aparmalı və Rusiyaya qarşı bütün Qərb sanksiyaları ləğv edilməlidir. Bu açıq kapitulyasiya tələblərinə Ukraynanın heç vaxt razı olmayacağı şübhəsizdir.



Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap