“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

ABŞ və İran arasında memorandum layihəsinə 300 milyard dollarlıq yenidənqurma planı daxildir - TAM SİYAHI

Tarix 15.06.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


İran və ABŞ arasında 14 maddəlik anlaşma memorandumunun layihəsində ABŞ və müttəfiqləri tərəfindən təqdim ediləcək 300 milyard dollarlıq yenidənqurma planına dair müddəa yer alıb.

Bu barədə İran mediasının yaydığı məlumatda bildirilib.

Mənbənin məlumatına görə, layihənin tam mətninə aşağıdakı müddəalar daxildir:

Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dərhal və daimi dayandırılması.
ABŞ-nin İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi.
Dəniz blokadasının 30 gün ərzində tam ləğv edilməsi.
ABŞ-nin İran ətrafındakı bölgələrdən öz qoşunlarını çıxarmaq öhdəliyi.
İranla əldə olunmuş razılaşmalara uyğun olaraq Hörmüz boğazının 30 gün ərzində yenidən fəaliyyətə başlaması.
Neftin, neft-kimya məhsullarının və onların törəmələrinin satışına tətbiq olunan sanksiyaların dayandırılması, həmçinin İranın öz maliyyə resurslarına tam çıxışının təmin edilməsi.
ABŞ və onun müttəfiqləri tərəfindən ümumi dəyəri azı 300 milyard dollar olan yenidənqurma planlarının təqdim edilməsi.
Nüvə problemi üzrə yekun razılaşmanın əldə olunması, ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyalarının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və BAEA İdarə Heyətinin qərarlarının tam ləğvi məqsədilə 60 günlük danışıqlar dövrünün müəyyənləşdirilməsi.
İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini təsdiqləməsi.
Danışıqlar dövründə ABŞ-nin bölgədə hərbi kontingentini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi.
Yekun danışıqların 60 günlük müddəti ərzində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi, bu məbləğin yarısının isə danışıqlar başlamazdan əvvəl İrana təqdim olunması.
Razılaşmanın icrasına nəzarət mexanizminin yaradılması.
Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə ratifikasiya olunması.
İranın dondurulmuş vəsaitinin yarısı azad edilməyənədək, neftlə bağlı sanksiyalar dayandırılmayana və dəniz blokadası aradan qaldırılmayana qədər yekun danışıqlar başlamayacaq. Son razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi və zənginləşdirmə prosesi, sanksiyaların ləğvi və İranın iqtisadi bərpa proqramını əhatə edəcək. İranın raket proqramı və Müqavimət hərəkatlarına dəstəyi ilə bağlı məsələlər isə danışıqların gündəliyindən qəti şəkildə çıxarılıb.
Bundan əlavə, mənbə vurğulayır ki, danışıqların yekun mərhələsi ilkin sanksiya yumşaldılması tədbirlərinin həyata keçirilməsindən və dondurulmuş aktivlərin azad edilməsindən asılı olaraq qalır.

Bu arada, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, mətn hələ də İranın müvafiq qurumları tərəfindən nəzərdən keçirilməli və təkmilləşdirilməlidir.

Trend.az



Xəbərin oxunma sayı : 580




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap