“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“AFB Bank” Kəmaləddin Heydərovun müavinini məhkəməyə verib - FOTOFAKT

Tarix 14.09.20, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


“AFB Bank” Açıq Səhimdar Cəmiyyəti (ASC) Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq Cavad oğluna qarşı məhkəmə iddiası qaldırıb.

AzFakt.com Yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iclasının 11 sentyabr tarixində keçirildiyi qeyd olunur. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.

Qeyd edək ki, “AFB Bank” ASC-nin iddiaçı olduğu prosesdə cavabdeh kimi Faiq Tağı-zadə ilə bərabər Dilarə Tağı-zadə və “DG Group” MMC də yer alıb.

Məhkəmə mübahisəsinin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsindən irələ gəldiyi qeyd olunur.

Məlumat üçün bildirək ki, “AFB Bank” ASC səhimlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. Ötən ilin fevral ayında “Gilan” MMC bankdakı səhimlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının  təxminən 70 milyon manat olduğu bildirilir.

Onu da bildirək ki, mətbuatda “AFB Bank” ASC-nin yeni səhimdarı Hikmət İsmayılovun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bugünə kimi təkzib olunmayıb. 

Məsələ ilə bağlı “AFB Bank”dan məlumat almağa cəhd etsək də, quruma məxsus telefon nömrələrini etdiyimiz zənglərə cavab verən olmadı. FHN-nin mətbuat xidmətindən isə bu barədə məlumatsız olduqlarını və ətraflı cavab üçün yazılı sorğu göndərməli olduğumuzu bildirdilər.







Xəbərin oxunma sayı : 724




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap