“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Şəhid Murad Məmmədov anıldı – FOTOLAR

Tarix 25.09.21, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Vətən Müharibəsi şəhidi Murad Məmmədovun  doğum günündə xatirəsi ehtiramla anılıb. Yaşasaydı 25 yaşını özü, yaxınları və dostları ilə qeyd edərdi. 

Anım mərasimində Murad Məmmədovun yaxınları, şəhidin dostları, həmçinin oxuduğu Nizami rayon 272 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Mərasimdə çıxış edənlər hər zaman vətənpərvərliyi ilə seçilən Murad Məmmədovun həyat tarixçəsindən xatirələr söyləyiblər. 

Qeyd edək ki, Murad Elşən oğlu Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub. 2013–2017-ci illərdə isə Ərciyəs Universitetində "Rus dili və ədəbiyyat" üzrə ali təhsil alıb. 
Murad Məmmədov 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 20-də təlimlərə yollanıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Məmmədov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 790




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap