“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ərinə narkotik aparan qadın saxlanıldı – Püstənin içərisində

Tarix 13.08.19, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 və 16 saylı cəzaçəkmə müəssisələrinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xitdmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 177.2.2; 177.2.3; 177.2.4; 191.3.1; 29.186.2.1; 29.186.2.2 və 228.2.1-ci maddələrinə əsasən 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 11 saylı cəzaçəmə müəssisəsində cəza çəkən məhkum Zəkiyev Qahir Mirəli oğluna Xırdalan şəhər sakini Əhmədov Qədir Adil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı püstələrin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 3,930 qram olan narkotik maddə - heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 234.1; 69.3; 93.1.2 və 66.5-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Akif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastik yemək qabındakı kotletin içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə ümumi çəkisi 1,172 qram olan narkotik maddə - heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 349




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap