Yaralı halda “Qarabağ”ı oxuyan əsgər müğənni imiş - Video Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video
Axtar
 
  • / Maqazin / — 05 Noyabr 2020

    Yaralı halda “Qarabağ”ı oxuyan əsgər müğənni imiş - Video

  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

Binəli Yıldırım Prezident İlham Əliyevi təbrik edib - MƏTN

Tarix 20.11.20, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Respublikasının sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Cənab Ali Baş Komandan.

Zati-alinizin rəhbərliyi ilə qardaş Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı mübarizəni böyük fəxr və həyəcanla izlədik. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyiniz inamlı, qətiyyətli və cəsarətli mübarizənin Azərbaycanla yanaşı, türk xalqlarına da yeni coşqu və ümid gətirdiyini qeyd etmək istəyirəm. Böyük dövlət xadimi, mərhum Prezident Heydər Əliyevin hədəf və ideyaları Sizin liderliyinizdə reallaşıb. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı başa çatıb, Türkiyə-Azərbaycan birliyinin təməli daha da möhkəmlənib.

Əziz Qardaşım, “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən Azərbaycan xalqına və Zati-alinizə olan mənəvi dəstəyimizi dünyaya göstərmək məqsədilə noyabrın 2-də ölkənizə səfərimiz zamanı yüksək qonaqpərvərliklə qarşılandıq. Məni və dostlarımı qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bununla yanaşı, görüşlərimizin Azərbaycan, Türkiyə və hətta beynəlxalq mediada geniş işıqlandırılması “Bir millətin iki diasporu olmaz” fikrinin bariz nümunəsi oldu.

Başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, Anadoludakı türk qardaşlarınızın haqlı mübarizənizdə daim yanınızda olduğunu və bundan sonra da hər zaman olacağını bilməyinizi istəyirəm.

Siz Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiniz və işğalçı erməni ordusunu qarşınızda diz çökdürdünüz. Bununla da “Qarabağ Azərbaycandır!” ifadəsinin həqiqiliyini bütün dünyaya göstərdiniz.

Qələbəniz mübarək olsun! Allah Azərbaycanı və azərbaycanlı bacı-qardaşlarımızı qorusun!”.



Xəbərin oxunma sayı : 838

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda