Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Lerikdə qar örtüyü 55 sm-ə çatır - FAKTİKİ HAVA

Tarix 19.01.20, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə edilən faktiki havanı açıqlayıb.

Departamentdən verilən məlumata görə,  yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı  Lənkəranda 33 mm,  Lerikdə 14 mm, Astarada 12 mm, Yardımlıda 9 mm, Ordubadda 3 mm, Naxçıvan və Şahbuzda 2 mm, Ağdərə(Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1 mm , Bakıda və Abşeron yarımadasında 1-3 mm olub.

Qar örtüyünün hündürlüyü  Lerikdə 55 sm, Sarıbaşda(Qax) 39 sm,  Kişçayda 14 sm, Ordubadda 10 sm, Yardımlı, Xınalıq, Altıağacda 8 sm, Xaltan, Qrızda 7 sm, Şahbuzda 5 sm, Naxçıvanda 4 sm, Şahdağda 3 sm, Şərur və Şahbuzda 2 sm, Gədəbəy, Şəki, Qubada 1 sm olub.

Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub.



Xəbərin oxunma sayı : 196




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap