Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Müstəqilliyi qorumaq böyük cəsarət tələb edir - Prezident

Tarix 26.11.19, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


“Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilib. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi, ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha Cümhuriyyət qurucularının niyyətini əks etdirirdi. BDU 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verib”.

APA -nın məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmayıb: “Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, müdafiə etmək, gücləndirmək siyasi biliklər, böyük cəsarət tələb edir”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Xalq Cümhuriyyəti süqut edəndən sonra BDU yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirib: “100 il müddətində universitetinin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirib, məzunlar arasında görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər var. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfələrini veriblər. Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də BDU-nun məzunudur”.



Xəbərin oxunma sayı : 814




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap