Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Mehdiyevin qızına məxsus binanı alan yoxdur – Qiyməti 2,5 milyon aşağı salındı

Tarix 30.08.24, 17:41

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, “Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası avqust ayının 27-də açıq hərraca çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 2-ci dəfə təkrar hərraca çıxarılıb, lakin yenə satılmayıb.

Qeyd edək ki, bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb.
Məlumat üçün bildirək ki, ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılacaq. 26 sentyabr tarixində baş tutacaq hərracda binanın start qiyməti 22 milyon 232 min 700 manat olacaq.

Onu da qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. “Bakı Oksford Məktəbi”nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Binanın 2-ci sahibi isə Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.



Xəbərin oxunma sayı : 1588




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap