“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Quba meşələri amansızcasına qırılır - VİDEO

Tarix 19.08.19, 15:38

Font ölçüsü : - / +
bitmap-img6


Təqdim etdiyimiz şəkillər və video görüntülər dünən səhər saatlarında Quba Regional Meşə Mərkəzinin ərazisinə daxil olan dolaylarda çəkilib. 

Şəkillər Qubanın Rustov kəndində yerləşən 2-ci dolayında, video görüntülər isə Quba meşəbəyliyinin prezident yolu adlanan ərazisində lentə alınıb. Kəsilən bu ağacların bir hissəsi rayonda yerləşən emal sexlərinə, bir hissəsi isə Bakıdakı mebel emalatxanalarına aparılıb. Həmin emalatxanaların isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbərinə aid olduğu bildirilir. Nazirliyin meşələrin inkişafı departamentinin rəhbəri Ağaqardaş Qaraşova məxsuz olan bu sexlərin əsas xammal mənbəyi də Quba və Qusar meşələridir. Çünki mebel istehsalı üçün lazım olan  texniki keyfiyyətlərə malik olan əsas ağac növləri Quba və Qusar meşələrində zəngindir. 
Konkret.az-ın əldə etdiyi məlumatlara görə, hazırda Quba Regional Meşə Mərkəzinin 2,3 və 6-cı dolaylarında intensiv qırıntı işləri aparılır. Bundan başqa rayonun Şuduğ kəndi ərazisinə yaxın olan meşə zolaqları da da kütləvi qırılır. Kənd sakinlərindən aldığımız məlumata görə, kəsilən ağaclar iri tutumlu yük avtomobilləri ilə Bakıya daşınır. Yerdə qalan emala yararsız oduncaq hissələri yeşik sexlərinə satılır.

Qeyd edək ki, hazırda təkcə Quba rayonunda 20-yə yaxın belə sex fəaliyyət göstərir. Növbəti araşdırmamızda rayonun digər meşə dolaylarında aparılan qanunsuz kəsinti halları barədə fakları təqdim edəcəyik.












Xəbərin oxunma sayı : 529




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap