“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“AZ İNTEKST” MMC-nin direktoru və işçiləri həbs edildi - Məhkəmə

Tarix 24.01.25, 22:04

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən "AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, MMC-nin işçiləri – Sənan Quliyev və Telman Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sənan Quliyev 7 il 9 ay 19 gün, azadlıqdan məhrum edilib. Hökmə görə, istintaq dövründə polisin nəzarəti altında olan şirkət rəhbəri Ruhəddin Cabbarov 2 il 11 ay, şirkətin işçisi Telman Fətəliyev isə 3 il azadlıqdan məhrum edilib, onlar məhkəmə zalında həbs edilib

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçiriblər. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.

Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərşəkmiş şəxslərdən biri – Əli Nuriyev birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş; leytenantdır. O, Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə 2021-ci ilin iyunun 11-də özünü "AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib.
 



Xəbərin oxunma sayı : 1147




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap