Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Aİ Rusiya ilə müharibə istəmir, amma...“ - Borrell

Tarix 30.08.24, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


“Ukraynaya Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi bu ölkə ilə müharibə istədiyimiz anlamına gəlmir. Çünki, bu çoxsaylı insan itkisinə səbəb ola bilər”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

O əlavə edib ki, hazırda Aİ-nin potensialı bilavasitə Ukraynaya yönəlib:

“Dünən biz bununla bağlı uzunmüddətli müzakirə apardıq. Müdafiə nazirləri əsasən Ukrayna məsələsi ətrafında fikir mübadiləsi aparırdılar. Biz həm siyasi, həm maliyyə və hərbi, həm də sənaye potensialımızı Ukraynaya dəstək üçün istifadə edirik. Heç kim hər bir Avropa dövlətinin ordusunun Ukraynaya dəstək üçün gördüyü tədbirləri və bu məqsədlə hansı məbləğdə vəsaitin sərf olunduğunu təsəvvür edə bilməz. Biz əldə olunan nəticələrdən məmnunuq. Böyük Britaniya Avropada sənaye potensialının möhkəmlənməsi üçün əlindən gələni edir. Bu məqsədlə avqustun sonunda biz Ukraynaya 1 milyon ədəd əvəzinə 700 min ədəd artilleriya mərmisi tədarük etmişik. Nə biz, nə də başqa dövlətlər Rusiya ilə müharibə istəyir. Çünki bu, çoxsaylı insan itkisinə səbəb ola bilər. Lakin biz Ukraynaya dəstəyi davam etdirəcəyik”.



Xəbərin oxunma sayı : 1219




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap