“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Tovuzda otlaq sahələrinin çəpərlənməsindən narazılıq - VİDEO

Tarix 08.05.26, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Örüş sahələrinin satıldığı iddia olunur...

 Xezerxeber.az xəbər verir ki, Tovuz rayonunun Kirən kənd sakinləri iddia edirlər ki, heyvanların otlaq sahələri qanunsuz çəpərlənir, ictimai-iaşə obyektlərinə satılır və ya icarəyə verilir.

Onların iddialarına görə, çəpərləmə işləri sürətlə davam etdirilir. Sakinlər bildirirlər ki, onların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Otlaq sahələri olmasa, heyvan saxlamaları müşkülə çevriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Xəzər Xəbərin sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan ərazi 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Kirən meşəbəyliyinin 16 saylı meşə dolayına aiddir. Hazırda ərazidə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə torpaq hazırlığı işləri aparılır.

 Tovuz rayon İcra Hakimiyyətindən isə vətəndaşların iddiasına cavab olaraq bildirilib ki, torpaq sahələri üzərində sərəncam vermək inzibati ərazi üzrə nümayəndələrin səlahiyyətləri daxilində deyil. Tikintilər xüsusi mülkiyyətdə olan torpaq sahələrində aparılır.





Xəbərin oxunma sayı : 1327




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap