Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Marketdən alınan çörəyin içindən həşərat çıxdı:Şirkət rəhbəri üzr istədi

Tarix 26.09.24, 14:19

Font ölçüsü : - / +
bitmap-img6


Marketdən alınan çörəyin içindən həşərat çıxıb.

AzFakt.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.

Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb. "Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi",- deyə qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən bildirilib ki, fakt araşdırılacaq.

"Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər"- deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələləri həmişə yüksək prioritet daşıyıb. Dövlət qurumları tərəfindən mütəmadi olaraq qida istehsalı və satışı müəssisələrində monitorinqlər aparılır, aşkarlanan qanun pozuntuları və çatışmazlıqlarla bağlı ciddi tədbirlər görülür. Buna baxmayaraq, bəzən bu cür xoşagəlməz hallarla da üzləşmək mümkündür.

"İstehsal etdiyimiz çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik".

Məsələ ilə bağlı "Qarabağ" ASC-nin direktoru Məhəmməd İbadov oxu.az-a açıqlamasında istehsal etdikləri çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyib.

"Çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik. İstehsal sahəsində bəzən belə xətalar olur. Olmamalıdır, amma olub. Hazırda məsələni araşdırırıq. İşində məsuliyyətsizliyə yol verən əməkdaşla bağlı müvafiq tədbir görüləcək", - deyə M. İbadov vurğulayıb.




Xəbərin oxunma sayı : 775




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap