Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

"Ford" avtoservisin direktoru niyə döyülüb? - Səbəb

Tarix 26.08.24, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


"Ford Club Azərbaycan"nın Xətai rayonunda yerləşən avtoservisin direktorunu döyən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1991-ci ildə Şəki rayonunun Vərəzət kəndində anadan olmuş Rəşad Lətifov saxlanılıb. 

Rəşad Lətifovla atası Məzahir Lətifovova məxsus "Ford Mondeo" markalı avtomobilin təmiri ilə bağlı Xətai rayonu ərazisində yerləşən "Ford Club Azərbaycan" avtoservisin direktoru Vüsal adlı şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı Rəşad Vüsala sağlamlığına yüngül ziyan vurub (alt çəninin sol yarısı, boyun və sol yanaq nahiyələrinin şişkinlik halında əziyi).

Vüsalın şikayəti əsasında Rəşada Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmədə Rəşad Lətifov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirib ki, 2023-cü ilin iyun ayında atası Məzahir Lətifov Şəki rayonundan Bakı şəhərinə gələrkən yolda "Ford Mondeo" markalı avtomobili xarab olub. Həmin günü qardaşı Tərlan Lətifov avtomobili evakuator vasitəsi ilə Xətai rayonu ərazisində yerləşən "Ford Club Azərbaycan" avto təmir servisinə aparıb. Təxminən iki ay ərzində avtomobilin mühərriki orada təmir edilib. Avtomobili götürmək üçün ora getdikdə servisdə ona ödəniş etdikdən sonra avtomobili apara biləcəyini bildiriblər. Ödəniş etdikədən sonra avtomobili işə saldıqda mühərrikində və sükanı idarə edən "hidravlika" adlanan cihazda nasazlıq olduğunu bilib. Servisdə ona bildiriblər ki, avtomobil bir qədər sürüldükdən sonra həmin nasazlıq aradan qalxacaq. Rəşad deyilən məsafədə avtomobili idarə etdiyini, lakin nasazlığın aradan qalxmadığını bildirib. 

Avtomobili Elm və Təhsil Nazirliyinin yaxınlığında olan "Ford" servisinə apardığını, orada maşında nasazlıq olduğu bildirilib və qüsur aktı verilib. Avtomobili təkrar "Ford Club Azərbaycan" təmir servisinə gətirib, orada qüsur aktını göstərib mühərriki düzgün yığmadıqlarını və düzgün işləmədiyini, bundan başqa sükanı idarə edən mexanizimdə nasazlıq yarandığını bildirib və təkrar təmir etmələrini tələb edib. Anar adlı usta avtomobilin onlar tərəfindən düzəldilməyəcəyini bildirib və ona avtoservisin müdürünün yanına getməyini məsləhət bilib. 

Rəşad sonradan adının Vüsal olduğunu bildiyi müdir otağına gedib. Orada Vüsala avtomobilin mühərrikinin düzgün yığılmadığını və sükan mexanizminində nasazlıq olduğunu, qardaşı tərəfindən ödəniş edildiyini bildirib və avtomobilin yenidən təmir olunmasını tələb edib. Bu zaman Vüsal onun ünvanına təhqiredici ifadə işlətdiyi üçün aralarında mübahisə baş verib. Avtoservis rəhbərinin ünvanına söyüş söyməsini dayandırmaq üçün sağ əli ilə onun sifət nahiyəsindən geri itələyib. Vüsalda ona eyni halda müqavimət göstərib. Rəşad əməlinin xuliqanlıq olmadığını nəzərə alaraq, işə xitam verilməsini xahiş edib. 

Servisin direktoru Vüsal zərərçəkmiş qismində ifadə verərək bildirib ki, Rəşad atasına məxsus avtomobilin sükan sisteminin servisin ustaları tərəfindən xarab edildiyi üçün ona etiraz edib. Buna görə aralarında sözlə mübahisə yarandığını və onun təhqirinə etiraz etdiyinə görə Rəşadın hücum edərək sifətinə yumruq zərbələri vurduğunu bildirib. 


Məhkəmənin qərarı ilə Rəşad Lətifov Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1000 manat miqdarda cərimə olunub.



Xəbərin oxunma sayı : 1507




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap