Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“TikTok“ canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Tarix 29.08.24, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


"TikTok" sosial şəbəkəsində canlı yayım zamanı "AS Hüquq" şirkətinin direktoru Aysel Süleymanovanı söyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, Aysel Süleymanova rəhbəri olduğu şirkət adından "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq hüquqi məsələhtlər verib. 

1986-cı ildə Hacıqabul rayonunda anadan olmuş M.B. canlı yayım zamanı Aysel Süleymanovaya SMS yazaraq, sual ünvanlayıb. Hüquqşünas ona gec cavab verdiyi üçün M.B. onu söyərək, təhqir edib. 

"AS Hüquq" şirkətinin direktorunun şikayəti əsasında M.B. avqust ayının 28-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib. 

Təqsirləndirilən şəxs məhkəmədə Aysel Süleymanovanın da ona qarşılıq verərək, söyüş söydüyünü bildirib və barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə M.B. 10 gün müddətinə həbs olunub.



Xəbərin oxunma sayı : 952




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap