|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Masallıda dəhşətli olay: Gənc oğlan dostunu arvadı ilə tutdu... – Şok təfərrüat
Tarix 24.09.24, 16:34 |
|
Masallı rayonunda 1996-cı il təvəllüdlü Sərxan mübahisə zamanı həmkəndlisi Rahibi (adlar şərti verilib – red.) öldürüb.
Sərxan bu il yanvarın 21-də saat 23 radələrində Masallı rayonunun kəndində evinə gəlib. O, qapını döyərkən evdən ayaq səsləri eşidib və qapını açan arvadı Sevdadan bu barədə soruşub.
Sevda müxtəlif bəhanələr gətirib, təmirsiz olan otağa pişik girdiyini deyib. Sərxan əlindəki telefonun fənəri ilə otağa işıq salanda dostu və həmkəndlisi, 1994-cü il təvəllüdlü Rahibin orada gizləndiyini görüb. O, Rahibi dəhlizə çıxarıb, hansı səbəbdən evinə gəldiyini soruşub.
Cavab verə bilməyən Rahibin Sevda ilə sevgi münasibətində olduğunu və arvadının xəyanət etdiyini başa düşüb. Dostunun sifət və baş nahiyələrinə ardıcıl yumruq-təpik zərbələri vurub.
Rahibin oraya gəlmiş şəxslərin köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılmasına və tibbi yardımlar göstərilməsinə baxmayaraq o, aldığı xəsarət səbəbindən yanvarın 27-də ölüb.
“Mənimlə əlaqə saxlayaraq görüşmüşük”
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Rahib həmkəndlisi olmaqla yanaşı dostu və sinif yoldaşı olub: “Rahib Bakı şəhərində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, həftəsonları isə kəndə qayıdırdı. Masallı rayonuna gələndə çox vaxt mənimlə əlaqə saxlayaraq görüşürdük”.
“Yanımızda olacağını dedi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 21-də saat 14 radələrində Rahib mobil telefonuna zəng edib və Masallı rayonuna gəlmək istədiyini deyib: “O, Bakı şəhərinin Qaradağ rayonu ərazisində olduğunu, Masallının Ərkivan qəsəbəsinə sərnişin gətirdiyini dedi, dostumuz Pərvizlə saat 21 radələrində restoranların birində əyləşib onu gözləməyimizi istədi.
Mən Pərvizlə kənd ərazisində olan “Cənub 77” restorana gedib orada çay içdik və Rahibi gözləməyə başladıq. Rahibin gəlmədiyini görəndə Pərviz ona zəng edərək harda olduğunu soruşdu. O da votsapla video ataraq Ərkivan qəsəbəsi ərazisində olduğunu, bir neçə dəqiqəyə yanımıza gələcəyini dedi. Buna görə çay içib, onu gözləməyə davam etdik.
Bir neçə dəfə Rahiblə telefon əlaqəsi saxlamağa çalışmağımıza baxmayaraq o, zəngləri açmadı, artıq gec olduğunu nəzərə alıb saat 23 radələrində Pərvizlə restoranı tərk etdik”.
“Pişik olduğunu dedi”
Sərxan qeyd edib ki, kənd əraizində “4 Qardaş” restoranının yanında Pərvizlə sağollaşıblar, hərə öz evinə gedib: “Mən telefonda oyun oynaya-oynaya evimə çatdım. Həyətə girəndə dəmirdən olan giriş qapısının bağlı olduğunu görüb qapını döyməyə başladım. Bir neçə saniyə sonra arvadım Sevda qapını açdı.
Sevda qapını açanadək mən çöl tərəfdə gözləyərkən evin içərisindən ayaq səslərinə oxşar səs gəldiyini eşitdim. Sevda qapını açıb məni sakit tərzdə qarşıladı. Mən də arvadımla hal-əhval tutaraq içəri keçdim. Ondan evdən ayaq səsləri gəldiyini, həmin səslərin nə olduğunu soruşdum. Arvadım mənə evin yataq otağının yanında təmirsiz otağa qonşudan pişik girə biləcəyini dedi.
Qeyd edim ki, maddi imkanım zəif olduğundan 2 otaqdan ibarət evin ancaq yataq otağını təmir edə bilmişəm. Tavanı və qapısı olmadığı üçün qapı yerinə pərdə asılıb. Arvadım pişik ehtimalını dedikdə təmirsiz otağa daxil oldum. İşıq olmadığı üçün telefonumun fənəriylə həmin otaqda pişiyi axtarmağa başladım. Bir nəfəri üzü divara əlləri ilə başını tutmuş vəziyyətdə gördüm.
Onun kurtkasının qolundan tutaraq evin dəhlizinə çıxardım. İşıqda Rahibi tanııdm. Ondan evimdə nə işi olduğunu soruşdum. Heç bir cavab vermədiyini, sadəcə qorxudan əsdiyini gördüm. Təkrar ondan evimdə nə işi olduğunu soruşsam da, sualıma yenə cavab vermədi”.
“Dostuma zəng etdim”
Sərxanın ifadəsinə görə, Rahibin arvadı Sevda ilə əlaqəsinin olmasını güman edib və qeyri-ixtiyari Rahibin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub: “Zərbələrin təsirindən Rahib dizləri üstə yerə çökdü.
Sevdadan Rahibin burda nə elədiyini soruşdum, cavab vermədiyini görəndə ona da bir şillə vurdum. Rahibi vurduğumu görən arvadım Sevda qonşuluqda yaşayan atasını çağırmaq üçün evdən çıxaraq getdi. Dostum Pərvizə zəng edərək tez bizə gəlməsini xahiş etdim.
Sonra yerdə dizləri üstə əlləri ilə üzünü tutan Rahibin baş və üz nahiyəsinə dayanmadan yumruq zərbələri vurmağa başladım. Rahib müqavimət göstərərək sinə nahiyəmə zərbə vursa da, onun müqavimətini qırdım. Təxminın 15-20 dəqiqə Rahibin baş və üz nahiyyələrinə sol, sağ əlimin yumraqları ilə çoxsaylı zərbələr vurmağa davam etdim.
15-20 dəqiqə ərzində Rahibə zərbələr vurdum, o, vəziyyətini dəyişməyərək yerdə dizləri üstə oturaq vəziyyətdə, əlləri ilə üzünü tutmuş şəkildə qaldı.
Rahibə zəbələr vurub hirsimi çıxdıqdan sonra mətbəxə keçdım və bıçaq götürərək dəhlizə qayıtmaq istədim. Atamın, anamın və Sevdanın artıq evdə olduqlarını gördüm. Atam əlimdəki bıçağı aldı və özümə gəlməyim üçün üzümə şillə vurdu. Bıçağı alıb məni kənara itələdi”.
“Məqsədim öldürmək olub”
Sərxan qeyd edib ki, daha sonra atası ondan nə baş verdiyini soruşub: “Ona olanlar barədə məlumat verdim. Atam səbirli olmağımı, növbəti gün hər şeyin aydınlaşacağını dedi. Evdə ailə üzvlərim olmasına baxmayaraq Rahibə təkrar bir neçə yumruq zərbəsi vurdum. Bir-iki dəqiqə sonra isə Pərviz digər sinif yoldaşım Rasimlə birlikdə yaşadığım evə gəldilər.
Pərvizi çağırmaqda məqsədim o iid ki, Rahibin hərəkətini o da görsün. Pərviz Rahibə yaxınlaşaraq ondan mənim evimdə nə işi olduğunu soruşdu. Rahib ona da cavab vermədi. Pərvizin ürəyi xəstə olduğu üçün halı pisləşərək yerə yılxıldı. Mən Rasimlə birlikdə Pərvizi rayon mərkəzi xəstəxanasına apardıq.
Atam isə Rahibin oğurluq məqsədi ilə evə girməsini düşündüyü üçün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdi. Polis əməkdaşları gələrək Rahibi rayon mərkəzi xəstəxanasına apardılar. Yanvarın 27-də onun xəstaxanada öldüyünü eşitdim. Rahibi vurmaqda məqsədim onu öldürmək idi”.
“Niyə döyülməsini mənə demədilər”
İş üzrə zərərçəkmiş Rahibin hüquqi varisi qismində ifadə verən həyat yoldaşının sözlərinə görə, Rahiblə 2019-cu ildə evlənib, bu evlilikdən iki uşaqları doğulub: “Rahib Masallı rayonunda müxtəlif işlərdə işləyib. Son vaxtlar Bakı şəhərinə köçərək orada taksi fəaliyyəti ilə məşğul olur, həftəsonları rayona qayıdırdı. Sərxanla sinif yoldaşı və dost idi.
Yanvarın 21-də Rahibin əmisi zəng edərək Sərxanın döydüyünü, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparıldığını dedi. Mən xəstəxanaya getdikdə onun ağır dərəcəli qapalı kəllə-beyin travması, baş beyin əzilməsi və bədənin çoxsaylı küt travmaları diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yatırıldığını, vəziyyətinin ağır olduğunu öyrəndim. Rahibin Sərxan tərəfindən niyə döyülməsini mənə demədilər.
Ərim bir neçə gün ağır vəziyyətdə reanimasiya şöbəsində qaldıqdan sonra yanvarın 27-də xəstəxanada öldü. Hadisədən sonra bildim ki, Sərxan yanvarın 21-də axşam 23 radələrində Rahibi evində tutub, onu döyüb”.
“Cinsi əlaqədə oldum”
İş üzrə şahid qismində adı keçən Sevdanın sözlərinə görə, əri Sərxan və iki azyaşlı uşağı ilə birlikdə Masallı rayonun kəndində yaşayıb:
“2023-cü ilin dekabrın 27-də Sərxanın dostu Rahiblə “Tik-Tok” sosial səbəkəsində danışmağa başladıq. Daha sonra yaxın münasibətlərimiz yarandı. Müxtəlif vaxtlarda, ərimin evdə olmadığı hallarda bizə gəlir, evin həyətdə cinsi əlaqədə olurduq.
Sonuncu dəfə Rahiblə gecə saatlarında Sərxan dostları ilə restoranda olduğu zaman evdə cinsi əlaqədə olmaq barədə razılaşdıq. Rahib gecə saat 23 radələrində mesaj yazaraq evin həyətinə çatdığını dedi. Mən onu qarşıladım. Evin həyətində cinsi əlaqədə olmağı təklif etsəm də, havanın soyuq olması ilə əlaqədar evə getmək istədiyini dedi. Mən də razılaşdım. Rahiblə evin zalında bir dəfə cinsi əlaqədə olduq”.
“Otaqda gizlənməsini bildi”
Sevda qeyd edib ki, daha sonra Rahibə Sərxan və ortaq dostları Pərviz zəng edib və restorana çağırıblar:
“Bir neçə dəfə Rahib onlara gələcəyini desə də, sonra mobil telefonunu səssiz rejimə qoydu. Mən Rahiblə cinsi əlaqədə olduqdan sonra evin dəhlizində döşəmənin üzərində oturaraq söhbət etməyə başladıq. Təxminən yarım saat sonra qapının döyülməsini eşidəndə Sərxanın evə gəldiyini dedim. Rahib özünü itirərək evin təmirsiz olan otağına keçdi. Otağın taxtaları bərkidilmədiyi üçün səs saldı.
Sərxan içəri girəndə evdən taqqıltı səsi gəldiyini söylədi. Ona dedim ki, yəqin qonşunun pişiyi evə girib. Sərxan telefonla təmirsiz otağa işıq salanda Rahibi gördü”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 1342
Kriminal
Xəbərlər
-
İnstaqramda reklam paylaşmaq üçün milyonlar alırlar - Siyahı
-
Mbappe qalmaqallı Stokholm səfərində nə qədər xərcləyib? - MƏBLƏĞ
-
Qubada müəllimlərin avtomobilini sel apardı - Video
-
“ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib“ - Zelenski
-
“Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik“ - Rəsmi Bakı
-
COP29 günlərində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər - VİDEO
-
“Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək” - Putin
-
Artıq başqasının paylaşdığını skrinşot etmək olmayacaq - “Instagram“da möhtəşəm yenilik
-
“Mənə kimsə tapşırıq verə bilər?“ - Qurban Qurbanov
-
Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik
-
Azərbaycanla Ermənistan arasında sülh danışıqları oldu - Nələr razılaşdırıldı?
-
Evləri ola-ola “havada“ qalan sakinlər - Dövlət qurumu nə tələb edir?
-
BRİKS-in vahid valyutası olacaq? - Putin xüsusi açıqlama verdi
-
Azərbaycanda banklar bu ilin 9 ayında nə qədər kredit verib? - SİYAHI
-
Üç ilə Qarabağa 14,6 milyard manat xərclənəcək - Rəsmi
-
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
-
“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi - FOTOLAR
-
“Transservis“ MMC cərimələndi - Məcburi auditdən yayındığına görə
-
“50 milyard avroluq yardımın növbəti tranşı Ukraynaya ilin sonuna qədər veriləcək” - Fon der Lyayen
-
Fələstinlilər heç vaxt öz torpaqlarını tərk etməyəcəklər - Putin
-
Hərbi qulluqçumuz özünü öldürdü – Cinayət işi açılıb
-
Bakıda məşhur restoranların sahibini döyən ofisant sərbəst buraxıldı - SƏBƏB
-
Taksilərdə gediş haqqı 1 manat bahalaşıb - Rəsmi
-
Audiovizual Şuranın iclası keçirildi - 4 yeni lisenziya verildi
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
-
Hüquqi şəxslər “Paşa Bank”dakı depozitlərini geri götürüblər – 357 milyonluq azalma
-
Apteklər icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar - QANUN DƏYİŞİR
-
Marketlərdən satılan çəkilmiş ətlərlə bağlı ŞOK FAKTLAR
-
Pullarını aldı, vəzifələrindən istefa verdirdi... - Vəzifəli şəxslər necə aldadılıb?
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Hesablama Palatası Baş Prokurorluğa müraciət etdi - AMEA-nın İşlər İdarəsi ilə bağlı
-
İstanbulda “3+3”ün iclası keçirildi - FOTOLAR
-
MUM-da satıcı qız 103 min manatlıq qızılları ələ keçirdi: Həbs edilmədi
-
“CMT Group” məcburi auditdən yayındı - Maliyyə Nazirliyi cərimələdi
-
“Fazil Məmmədov dövrü” qayıdır? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
-
Bakıda rəfiqələr arasında dava - 19 yaşlı qız bıçaqlandı
-
Abidin Fərzəliyev əksər tenderləri niyə bu məmurun qohumuna verir? - TƏFƏRRÜAT
-
Zaur Mikayılov Bərdədə qəbul keçirdi - Fotolar
-
Şimali Koreya Rusiyaya 12 min əsgər göndərəcək - KƏŞFİYYAT
-
“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda 1400 bələdiyyə birləşir - 685 bələdiyyə olacaq
-
“Komendant pulu“ mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO
-
Bakıda avtobuslar üçün əks istiqamətdə hərəkət təşkil olunacaq - VİDEO
-
“Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik“ - Hakan Fidan
-
Maşını məscidə çırpan sürücü həbs edildi - 2 nəfər ölmüşdü
-
COP29 günlərində Bakıda hansı məhdudiyyətlər olacaq? - Prezidentin köməkçisi aydınlıq gətirdi
-
Sabirabad rayonunda rayonunda ağacəkmə aksiyası keçirildi - Fotolar
-
Deputatın oğluna məxsus olduğu bildirilən şirkət cərimələndi - QƏRAR
-
Mardin mətbəxinin möhtəşəm dadlarına və zəngin tarixinə səyahət edin - Fotolar
-
COP29 günlərində evdən SMS icazə ilə çıxacağıq? - AÇIQLAMA
-
“Ermənilərin Qubadlıda dinc əhaliyə qarşı törədikləri tеrror aktları sistemli hal almışdı” - Adəm İsmayıl Bakuvi
-
İş və istirahət günlərinin yerləri dəyişdirildi - 6 gün iş olmayacaq
-
Bank kreditlərinin yarıdan çoxu 3 bankın payına düşüb – Tam siyahı
-
Elm və Təhsil Nazirliyi “Vest LTD” QSC 18 milyon manat ödəyəcək - TENDER
-
Qəbələdə iki nəfərin qətlə yetirilməsinin - Təfərrüatı
-
Milli Məclisin plenar iclası başlayıb - Gündəlikdə 15 məsələ var
-
23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi
-
“TK Travel” şirkətinin rəhbəri aldadaraq 15 800 manatımı alıb” - Şikayət
-
Bakıda həbsdə olan Ruben Vardanyan barədə daha bir qərar verildi - Məhkəmə iclası
-
Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama
-
Sabah bu alternativ yollardan istifadə edin! - SİYAHI
-
Beyləqanda kompleks mülki müdafiə təlimi keçirildi - Fotolar
-
Hərbi xidmətlə bağlı yeni qərar: Kimlərə şamil olunacaq?
-
Gəncədə yaşayış binasında partlayış – Ölənlər var + Video
-
“Sinvarın öldürülməsi ilə İsrail ordusunun Qəzzada əməliyyatı yekunlaşmayıb“ - Netanyahu
-
“Azərbaycanla bu məsələlərdə bir dövlət kimi çıxış edirik” - Hakan Fidan
-
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - FOTO
-
Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür
-
Müstəqilliyin bərpasından 33 il keçir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Messi son qərarını verdi - Növbəti dünya çempionatında oynayacaq
-
Tikinti materialları bahalaşıb - QİYMƏTLƏR/VİDEO
-
Ukrayna yaxın həftələrdə nüvə silahı yarada bilər - Bild
-
Dönər nə vaxt zəhərlənmə yaradır? - Son günlərin əsas bəlasından qorunmaq yolları
-
“Zelenski münaqişənin daha da gərginləşdirilməsi planını irəli sürür” - Peskov
-
Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə qaçıb: İki milyonluq yeyintidə həbslər var
-
Azərbaycanlı müğənni rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb - Daha bir nəfər xəsarət alıb
-
Polkovniklə bank işçisi biznesmeni öldürüb quyuya belə atıblar - MƏHKƏMƏ İŞİ
-
ABŞ Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib - SİYAHI
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
-
Dünyanın ən çox maaş alan futbolçuları açıqlandı - Siyahı
-
Şıxıliyevə qarşı mülki iddia təmin edilmədi - Zərəçəkən apellyasiya şikayət verdi
-
Bu küçələrdə avtobus zolağı ilə hərkət etmək olar - VİDEO
-
Azərbaycanın Livandakı səfirliyi təhlükəsizlik səbəbi ilə boşaldılıb - KİV
-
Dövlət Su Ehtiyatları Agentliyi üçün yeni inzibati bina tikiləcək - 13.5 milyona
-
Qəbələdə qadın itkin düşüb - Azyaşlı övladı ilə birlikdə
-
“Xalq Bank” kiçilib - Aktivləri 140 milyon manatdan çox azalıb
-
“Araz Motors” cərimələnib - Gömrük qaydalarını pozduğuna görə
-
Ölkəni quru yolla tərk edənlərin sayı 15% artaraq 461 min nəfərə çatıb - Rəsmi
-
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Gəmilərə xəbərdarlıq
-
Prokurorluq ləğv edilmiş BNA-nın sabiq vəzifəli şəxsləri barəsində olan hökmdən narazıdır - PROTEST
-
Təbiətə 413 min ziyan vuran iş adamı məhkəmə qarşısında - Zərəri ödəyib
-
Ayın 19-u bu yollara girməyin! - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək - XƏBƏRDARLIQ
-
Bu il 158 cinayətkar qrup zərərsizləşdirilib - DİN-də kollegiya iclası
-
Azərbaycanda banklar faizlərdən 3 milyard manat qazanıblar – Tam siyahı
-
Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq
-
Marketlərdə polietilen torbalar pullu olsa da, istifadə artıb: Səbəb nədir?
-
“Azərkontrakt” ləğv edildi - Sərəncam
-
BDU-da təmir işləri bitmir: yarım milyon manatlıq təmirə başlanılır
-
“Mənə o qədər pulu kim verə bilərdi?“ - MN-də 42 milyonluq mənimsəmə
-
Qarabağda yeni idarəçilik: icra hakimiyyətləri ləğv edilir?
-
Türkiyədə məmurla görüşə gələn qadınların geyimi müzakirə yaratdı - Fotolar
-
Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır - Süni qiymət artımı var
-
“Ferrum Capital”ın vətəndaşlara qarşı məhkəmə iddiaları...
-
Leysan yağacaq, dolu düşəcək – Sabahın havası
-
Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub - SİYAHI
-
Xətaidə torpaq sürüşməsi oldu - Mütəxəssislər hadisə yerindədir
-
Təcili yardım xidməti ödənişli olacaq? - Vüqar Qurbanov açıqladı
-
Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq? - Müəmmalı tender
-
Xatirə İslam Naziləyə cavab verdi: “Heç kimin başı üçün deyil...“
-
Azərbaycanda bu bələdiyyələr birləşir - Siyahı
-
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - Fotolar
-
Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI
-
Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların “dalınca baxa-baxa” qalmışıq...
-
60 yaşdan sonra boşanmalara səbəb nədir? – ARAŞDIRMA
TOP 10
ARXİV