“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin konpensasiyası ödənilmir

Tarix 16.06.26, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Dərnəgül ərazisində yerləşən "EuroHome” inşaat materialları bazarında baş verən son yanğın hadisəsi paytaxtda ticarət obyektlərində yanğın təhlükəsizliyi və sahibkarların illərdir həll olunmayan kompensasiya problemi məsələsini yenidən gündəmə gətirib.

AzFakt.com Tiraj.az-a istinadən xəbər verir ki, hadisə fonunda 2019-cu və 2020-ci illərdə eyni bazarda baş vermiş yanğınlar da ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Həmin illərdə "EuroHome” bazarında qeydə alınan ardıcıl yanğınlar nəticəsində onlarla sahibkara ciddi maddi ziyan dəyib. Ticarət obyektlərinin bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb, bir çox icarədar isə uzun illər ərzində formalaşdırdığı biznesini itirdiyini bildirir. Sahibkarların sözlərinə görə, yanğınlar təkcə malların məhvi ilə nəticələnməyib, həm də onların bank kreditləri və borc öhdəliklərini ağırlaşdırıb.

Zərərçəkənlərin iddiasına görə, hadisələrdən sonra onlara kompensasiya ödəniləcəyi ilə bağlı müxtəlif səviyyələrdə vədlər verilib. Lakin illər keçməsinə baxmayaraq, bir qrup icarədarın hələ də kompensasiya ala bilmədiyi, prosesin isə qeyri-müəyyən səbəblərlə uzadıldığı bildirilir.

Zərərçəkən sahibkarlardan biri Rafiq Ocaqverdiyev bildirib ki, 2019-cu il yanğını zamanı onun obyektinə təxminən 200 min manatdan artıq ziyan dəyib. Onun sözlərinə görə, dəfələrlə rəsmi qurumlara müraciət etməsinə və görüşlərdə iştirak etməsinə baxmayaraq, məsələ bu günə qədər həll olunmayıb:

"Bizə açıq şəkildə deyilmişdi ki, kompensasiya veriləcək. Dövlət qurumlarında keçirilən görüşlərdə də bu məsələ gündəmdə olub. Amma 6 ildən çox vaxt keçməsinə baxmayaraq, mənə heç bir ödəniş edilməyib. Hər dəfə müxtəlif səbəblərlə proses uzadılıb”, deyə o bildirib.

Ocaqverdiyev əlavə edib ki, kompensasiya problemi tək onunla məhdudlaşmır və bazarda eyni vəziyyətlə üzləşən digər icarədarların da olduğunu iddia edir.

"Orada tək mən deyiləm. Bir çox sahibkar var ki, illərdir ziyanını ala bilmir. Bəzilərinə ödəniş edildiyi deyilsə də, böyük bir hissə hələ də gözləyir. Hamı eyni problemdən əziyyət çəkir”, deyə o qeyd edib.

Onun sözlərinə görə, yanğınların geniş miqyas almasının əsas səbəbi bazarda yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmaması ilə bağlı olub:

"Bu hadisələr bizim günahımız deyildi. Yanğın təhlükəsizliyi normal şəkildə təmin edilməmişdi. Ona görə də ziyan çox böyük oldu. Amma nəticədə bütün yük sahibkarların üzərinə düşdü".

İcarədar bildirib ki, kompensasiya məsələsinin illərlə həll olunmaması sahibkarları ciddi maliyyə böhranına salıb:

"İllərdir borc içindəyik. Kreditlər, icarə və digər öhdəliklər bizi sıxır. Bir çox sahibkar artıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyət dözülməz həddə çatıb”.

Rafiq Ocaqverdiyev həmçinin iddia edir ki, məsələni ictimailəşdirdikdən sonra müxtəlif təzyiqlərlə üzləşib və hüquqi mübarizəni davam etdirmək niyyətindədir:

"Mənə qarşı şikayətlər edilib. Amma dediklərimin hamısının arxasındayam. Mənə dəymiş ziyanın ödənilməsini tələb edirəm və sona qədər mübarizə aparacağam".

Mediada yayılan iddialarda "EuroHome” ticarət mərkəzinin adı həm də sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə əlaqələndirilir. Həmin iddialarda bazarın idarəçiliyi və ona bağlı biznes strukturlarının müxtəlif dövrlərdə geniş şəbəkə kimi formalaşdığı, eləcə də obyektlə bağlı qərarların təsir imkanlarına dair versiyaların ictimai müzakirələrdə yer aldığı qeyd olunur. Bu iddialar rəsmi şəkildə təsdiqlənməyib.



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap