“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Məcnun Məmmədov Sabirabadda kombayn sürdü - FOTOLAR

Tarix 15.06.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Respublikada taxıl biçini davam edir. İyunun 15-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb.

AzFakt.com xəbər verir ki, nazir rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatı – “Fructus-Agro Park” MMC-nin əkin sahələrinə baxış keçirib.

Məlumat verilib ki, təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib.

Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın “Arsenal”, “Viktoriya”, “Koralina”, “Bərəkətli” və “Əsgəran”, arpanın isə “Ştorm” və “Nuranə” sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyədək 95 hektar arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub və ümumilikdə 400 tona yaxın arpa istehsal edilib.

Nazir taxıl biçini aparılan sahəyə baxış keçirib, kombaynı idarə edərək biçin prosesinin gedişini yerində izləyib, texnikaların vəziyyəti ilə maraqlanıb, təsərrüfat nümayəndələri və ətraf sahələrdən olan fermerlərlə söhbət edib. Müzakirələr zamanı taxıl istehsalında məhsuldarlığın artırılması, yüksək reproduksiyalı və yerli şəraitə uyğun toxum sortlarından istifadə, aqrotexniki tədbirlərin optimal müddətlərdə yerinə yetirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və torpaqların münbitliyinin qorunması məsələlərinə toxunulub.

Məcnun Məmmədov məhsuldarlığın yüksəldilməsi üçün sertifikatlı toxum materiallarından istifadə genişləndirilməli, torpaq və iqlim şəraitinə uyğun sort seçiminə üstünlük verilməli, gübrələmə, suvarma və bitki mühafizəsi tədbirləri elmi əsaslarla həyata keçirilməli olduğunu vurğulayıb. Biçin zamanı məhsul itkilərinin minimuma endirilməsi, kombaynların fasiləsiz fəaliyyətinin təmin olunması və yetişmiş sahələrdə məhsul yığımının qısa müddətdə başa çatdırılması da diqqətdə saxlanılmalı olduğunu qeyd edib.

Fermerlər təsərrüfatda görülən işlər, biçin prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə məlumat veriblər. Görüşdə fermerlərin təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində nazir Məcnun Məmmədov jurnalistlərə müsahibə verib. Nazir müsahibəsində taxıl biçini prosesinin təşkili, kənd təsərrüfatının inkişafı, aqrar sahədə yeni qəbul edilmiş Dövlət Proqramının əhəmiyyəti, proqram çərçivəsində həyata keçirikəcək tədbirlər və yeniliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin operativ məlumatına əsasən, iyunun 13-dək respublika üzrə 105 min hektar taxıl sahəsi biçilib, 336,9 min ton məhsul istehsal olunub. Taxıl üzrə orta məhsuldarlıq 32,1 sentner/hektar təşkil edib.

Qeyd olunub ki, cari ildə taxıl üzrə məhsuldarlıq göstəricilərində müsbət dinamika müşahidə edilir. İyunun 13-dək olan operativ məlumatlara əsasən, respublika üzrə buğdanın orta məhsuldarlığı ötən ilin müvafiq dövründəki 32,9 sentner/hektardan 39,3 sentner/hektara yüksəlib. Beləliklə, buğda üzrə məhsuldarlıq 6,4 sentner/hektar və ya 19,5 faiz artıb. Arpanın orta məhsuldarlığı isə 31,7 sentner/hektardan 31,9 sentner/hektara çataraq 0,2 sentner/hektar və ya 0,6 faiz yüksəlib.






Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap