Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq“ - Tramp

Tarix 13.06.26, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


İran və ABŞ arasında sazişin imzalanması bazar gününə (İyunun 14-ü - Qeyd) planlaşdırılıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Barak Obamanın prezidentliyi dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı İrana nüvə silahının hazırlanmasına başlamağa imkan verib. 

Tramp qeyd edib ki, Vaşinqton və Tehran arasındakı hazırkı sövdələşmə isə dünyada nüvə təhlükəsizliyinə zəmanət verərək Birgə Hərtərəfli Fəaliyyət Planının tam əksini təşkil edir: "Mənim İranla sazişim bunun tam əksidir, nüvə silahının olmaması yolunda divardır! Faktiki olaraq, onlar artıq nüvə silahı istəmirlər və ona sahib olmayacaqlar - nə satın alma, nə hazırlama, nə də hər hansı digər əldə etmə forması ilə. Sövdələşmənin imzalanması sabaha planlaşdırılıb və bundan dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq".

O əlavə edib ki, tərəflər arasındakı münasibətlər əvvəlkindən xeyli yaxşılaşıb. Ağ Ev rəhbəri deyib ki, ABŞ zənginləşdirilmiş uranı da İrandan çıxarmağı planlaşdırır:

"Biz gələcəkdə İranla və bütün Yaxın Şərqlə əməkdaşlığı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu proses sürətli və asan keçəcək. Əgər belə olmasa, son alternativimiz mövcuddur. Ümid edirəm ki, onu bir daha heç vaxt tətbiq etmək lazım gəlməyəcək!", - Tramp yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 934




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap