| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Media Reyestrinin qaydaları – Konstitusiyaya zidd praktika (MÜSAHİBƏ)
Tarix 24.10.22, 17:22 |
|
Oktyabrın 14-dən Azərbaycan jurnalistlərinin reyestrində qeydiyyat başlayıb. MEDİA kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın sözlərinə görə, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki qaydada işləyə və istənilən dövlət qurumuna sorğu göndərərək cavab ala biləcəklər.
Lakin KİV-ə qarşı qarşı tələblər sərtdir. Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini xatırladıb ki, bu maddələrə görə, çap və onlayn media “qanunvericiliyə əsasən müvafiq cavabı†almaq üçün işə başlamadan 7 gün öncə Media Agentliyinə müraciət etməlidir. Bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. “Beləliklə, fəaliyyət göstərən KİV-lərin altı ay vaxtı varâ€, – Həsənli qeyd edib.
Bəs KİV qeydiyyatdan keçmirsə , keçmək istəmirsə, və ya MEDİA-dan imtina alırsa, o zaman necə olacaq? Şəfiyeva Turan-ın bu sualına cavabında bildirib ki, media haqqında qanuna əsasən, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.
Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev Turan-ın suallarını cavablayıb.
* * *
-Xalid bəy, belə çıxır ki, Media Reyestrinə qeydiyyat məcburidir?
– Media Agentliyinin rəsmilərinin açıqlamaları yekdil deyil, dolaşıqlıq var. Rəsmilərdən biri resyestrlə bağlı tələblərin yalnız reyestrə düşmək istəyində olan media və jurnalistlərə münasibətdə tətbiq ediləcəyini, başqa bir rəsmi isə 6 ay ərzində reyestrə qoşulmaq üçün müraciət etməyənlərin məhkəməyə çəkiləcəyini açıqlayıb. Bu, ilk növbədə qanunun dolaşıqlığını və onun icrasına məsul olanların özləri üçün belə anlaşılmaz məzmun daşıdığını təsdiq edir. Qanunun işığında qeydiyyatın məcburiliyinə gəlincə, belə tələbi, qaydanı tətbiq etmək istəyi ola bilər, çünki yeni qanunu qəbul etməyin məqsədi də elə daha çox nəzarət imkanı qazanmaq idi, ancaq məcburi qeydiyyat tələbinin qanun qüvvəyə minənədək fəaliyyətə başlamış medialara aid edilməsi tamamilə qanunsuzdur. Çünki, qanunun geriyə qüvvəsi yoxdur. Konstitusiyaya görə, fərdlərin və təşkilatların hüquqi durumunu yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi ola bilər. Bu baxımdan qeydiyyat məcburi ola bilməz, olacaqsa, bu, qanunsuz, Konstitusiyaya zidd praktika olacaq.
– Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini əsas gətirib. Amma bu vaxta qədər bu barədə söhbət açılmırdı. Eyni zamanda deyilir ki, bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. Qanunun rəsmi orqanlardakı dərcində bu maddələr yox idi. Bu vaxta qədər də müzakirəsi aparılmırdı. Birdən-birə haradan ortaya çıxdı bu məsələ?
– Bu məsələ birdən-birə ortaya çıxmayıb. Söhbət 62-ci və 73-cü maddələrdən, eləcə də keçid müddəalarından gedir. Təəssüflər olsun ki, bu qanun, “yanğından mal qaçırırmışâ€ kimi qaçaraq, gərəkli ictimai müzakirələr süzgəcindən keçirilmədən qəbul edildi. Həmin vaxt bizim hüquqşunas Ələsgər Məmmədli ilə birgə qanun layihəsinə təkliflər hazırlamaq üçün bir neçə saat imkanımız oldu, yeri gəlmişkən, 40 səhifəyə yaxın həmin təkliflərimizdən yalnız bircə ifadə nəzərə alındı. Həmin təkliflərimizdə sözügedən maddələrə də toxunmuşduq. 73-cü maddənin tamamailə silinməsini və yenidən işlənməsini təklif etmişdik. 62-ci maddənin də eyni qaydada sui-istifadələrə yol açmaq potensialında olması səbəbindən dəyişdirilməsini təklif etmişdik. Ancaq dediyim kimi nəzərə alınmadı. Qanunun narahatlıq yaradan, ifadə və media azadlığına yönəlik təhdidləri özündə ehtiva edən maddələri kifayət qədərdir. İndilik tətbiq edilməsi gündəmdə olan cəmi 2-3 maddədir. Zamanı gəlincə, bütün maddələr tədricən işə düşəcək və bundan əvvəlcə tənqidi medialar, sonra bu layihəni alqışla qarşılayan bütün yerdə qalan medialar, jurnalistlər də öz “nəsibini alacaqlarâ€.
-Sizcə, bu qeydiyyat məsələsi və qeydiyyatdan keçməyən media orqanlarına 6 aylıq tələb qoymaqla nə etmək istəyirlər? Məqsəd nədir?
– Media, jurnalistika azadlığını mümkün olduğu qədər cilovlamaq. 90-cı illərdə başlıca məqsəd insanların başlıca informasiya qaynağı olan teleradio mediasını cilovlamaq idi. Bu məqsəd əldə edildi. Ardınca, teleradionun etimadlılığı xeyli aşağı düşdü, çap mediası, xüsusilə, qəzetlər insanların başlıca informasiya qaynağına çevrildi. Həmin vaxt çap mediasının cilovlanması başlıca məqsədə çevrildi. Uzun sürdü, amma bu məqsəd də əldə edildi. Bunun ardınca tədricən internet mediası insanların başlıca bilgi qaynağına çevrilməyə başladı. Bununla paralel olaraq, həmin media əsas hədəfə çevrilib. İnternet mediasının özəllikləri elədir ki, onu teleradio, çap mediasında olduğu kimi rahatlıqla ram etmək mümkünsüzdür. Burda ən effektiv vasitə insanları qorxutmaq, çəkindirmək, özünü senzuraya zorlamaqdır. Hazırda baş verənlərin üz qatında müxtəlif medialar görünsə də, başlıca məqsəd internet mediasının təsirini mümkün olduğu qədər azaltmağa nail olmaqdır.
– Belə çıxır ki, qeydiyyat üçün müraciət edən media orqanının qeydiyyata alıb-almamaq səlahiyyətini də Reyestr özündə saxlayır? Bununla da istədiyi medianı çıxdaş etmək imkanı qazanmırmı?
– Belə çıxır deməzdim. Məhz belədir ki, Avropa Şurasına üzv olmaq ərəfəsində Azərbaycanda ləğv edilən Mətbuat nazirliyinin bərpasına çalışılır. Əgər reyestr mexanizmi dediyiniz kimi tətbiq ediləcəksə, elə bir rejim, mexanizm yaradılması hədəflənmiş olacaq ki, qanuni jurnalistika fəaliyyəti ilə yalnız dövlətin icazə verdiyi şəxslər məşğul ola bilsin. Yerdə qalanlar daimi olaraq, qanuni basqı altında saxlanılsın və tədricən, mühitə mümkün olduğu qədər hakim olsunlar. Amma bu, doğru yol deyil, azad olmayan media, cilovlanmış ifadə azadlığı ilə yaxşı, firavan ölkə inşa etmək mümkün deyil. Həm də əvvəldə dediyimiz kimi internet mediası özəl xüsusiyyətlərə malikdir, onu ya Çin, İran, Koreyadakı kimi söndürməlisən, ya da azad buraxmalısan.
– Reyestrdən qeydiyyatdan keçməyən, qeydiyyatdan keçmək istəməyən, Reyestr tərəfindən çıxdaş edilən, məhkəməyə verilən, məhkəmə tərəfindən qapadılan media orqanlarının da Reyestri məhkəməyə vermək və qazanmaq perspektivi varmı?
-Bütün hallarda mübahisələndirmək olar. Əvvəldə qeyd etdiyimiz kimi, qanunun geriyə qüvvəsi məsələsi var. Konstitusiyanın tələbləri var. Qurulması hədəflənən mexanizm bu aspektdə qanuna uyğun deyil. Rahatlıqla mübahisələndirilə bilər və məhkəmələr ədalətli araşdırma apararlarsa, media, jurnalsitlər burda haqlı tərəf kimi təsdiqlənə bilər.
-Beynəlxalq konvensiyalar bununla bağlı nə deyir?
-Bu elə məsələdir ki, ona qarşı həm BMT məhkəmə alətlərindən, həm də Avropa Məhkəməsi alətindən istifadə etmək olar. Ən effektiv vasitə Avropa Şurasına üzvlüyün Azərbaycana qazandırdığı imkanlardır. Avropa Konvensiyası ifadə azadlığı hüququna təminat verir, həmin hüquqdan necə yararlanmanın təfsirini isə Avropa Məhkəməsi öz qərarları vasitəsilə təqdim edir. Bu praktikaya görə, bir medianı reyestr şərtlərinə uyğunsuzluq kimi hansısa texniki səbəblər göstərməklə qapatmaq, onun fəaliyyətə başlamasına imkan verməmək, aşkar şəkildə ifadə azadlığı hüququnun pozuntusu, senzuradır, bunun başqa hüquqi qiyməti yoxdur. Məsələn, AİHM Əhməd Yıldırım Türkiyəyə qarşı işi üzrə qərarında ifadə azadlığına məhdudiyyətlərin məzmunla bağlı ola biləcəyini, məzmunu çatdıran vasitələrə məhdudiyyətin yolverilməzliyini elan edir. Yəni, hansısa məqaləyə, şərhə, xəbərə, şerə, romana, əsərə müəyyən şərtlərə əməl etməklə məhdudiyyətlər tətbiq edilə bilər, ancaq həmin məzmunları çatdıran vasitələrə – qəzetləri, saytları, kanalları qapatmaq ifadə azadlığı hüququ çərçivəsini aşmaq deməkdir.
Xəbərin oxunma sayı : 703
Müsahibə
Xəbərlər
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
Zəfər Günü Bakının bu küçələrində məhdudiyyət olacaq - SİYAHI
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
-
Prezident və xanımı Cəbrayıl rayonunun Soltanlı kəndində açılışda iştirak ediblər - FOTO
-
Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq - Səbəbi açıqlandı
-
“Azərbaycanda inflyasiya nəzarətdədir“ - Sahil Babayev
-
24 il sonra həbs edildi - Baş Prokurorluq və DİN məlumat yaydı
-
Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?
-
Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI
-
Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü
-
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq – Səbəbi açıqlandı
TOP 10
ARXİV






