Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Mina partlayışından 425 nəfər zərər çəkib - VİDEO

Tarix 22.05.26, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ildə müharibə başa çatdıqdan sonra indiyədək mina və partlamamış sursatların partlaması nəticəsində 425 nəfər zərər çəkib. Onlardan 73 nəfər həlak olub, 352 nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu vuf13 çərçivəsində Minatəmizləmə Agentliyinin təşkilatçılığı ilə təşkil olunan "Münaqişədən sonrakı şəhər rekonstruksiyası: humanitar minatəmizləmənin həlledici rolu" mövzusunda tədbirdə ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov bildirib.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov isə bildirib ki, mina təhlükəsi aradan qaldırılmadan nə yeni ev tikmək, nə yol çəkmək, nə də insanların təhlükəsiz şəkildə doğma yurduna qayıdışını təmin etmək mümkündür. Sədrin sözlərinə görə, müharibədən sonra Azərbaycan bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirib. Təmizlənən ərazilərin həcmi və aşkar edilən partlayıcı sursatların sayı da problemin miqyasını göstərir.

 ANAMA rəhbərinin sözlərinə görə, "Böyük Qayıdış" proqramında nəzərdə tutulan layihələrin icrası təhlükəsizliyin təmin olunması ilə birbaşa bağlıdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Marijana Kujundzic bildirib ki, mina təmizlənməsi sahəsində Avropa təcrübəsi və ən yaxşı praktikaların regiona gətirilməsi istiqamətində iş aparılır. O qeyd edib ki, Sloveniyada yerləşən Mina Təmizlənməsi və Mina Qurbanlarına Yardım üzrə Beynəlxalq Etimad Fondu ilə yeni layihə üzrə danışıqlar davam etdirilir.





Xəbərin oxunma sayı : 613




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap