“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda sudan xüsusi məqsədlərlə istifadə ilə bağlı YENİ RÜSUMLAR

Tarix 17.06.26, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Məlumata görə, sözügedən ödənişlər hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıqlar tətbiq edilməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması hallarında tətbiq ediləcək.

Bildirilib ki, suyun götürülməsinə görə ödəniş məbləğləri su obyektindən və götürülmə məqsədindən asılı olaraq dəyişir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görə 0.4 manat, çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniş müəyyənləşdirilib.

Eyni zamanda, Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan hər 100 kubmetr tullantı suyu üçün isə 4 manat ödəniş nəzərdə tutulur.

Qeyd olunub ki, ödənişlərlə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri" sənədində əksini tapıb.

Məlumatda həmçinin qeyd edilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə almaq üçün ilk növbədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət olunmalıdır. Ərizəçi su obyektindən istifadə növündən, həmçinin hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı il sentyabrın 1-dən etibarən ödənişləri həyata keçirməlidir.

Bildirilib ki, icazənin alınması proseduru Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" ilə müəyyən edilir.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin verilməsi qaydası ilə buradan tanış olmaq mümkündür: https://e-qanun.az/framework/61055?utm_source=chatgpt.com.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazə və müqavilə formaları ilə isə bu link vasitəsilə tanış olmaq olar: https://e-qanun.az/framework/61660?utm_source=chatgpt.com.

Agentlik su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri sudan istifadə zamanı israfçılığa yol verməməyə, istifadə olunan suların uçotunu aparmağa və su qanunvericiliyinin tələblərinə riayət etməyə çağırıb.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap