“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Meloninin etirafı təəccübləndirdi - Ərdoğanla maraqlı dialoqunu gündəmə gətirdi

Tarix 17.06.26, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 Liderlər Zirvəsində qlobal gündəmlə bağlı mühüm məsələlərlə yanaşı, liderlər arasında baş tutan səmimi söhbətlər də diqqət çəkib.

Sammitin ən maraqlı anlarından biri İtaliyanın Baş naziri Corcia Meloninin siqareti tərgitdiyini açıqlaması olub.

Məlumata görə, liderlər görüş öncəsi qeyri-rəsmi söhbət edərkən Meloni bir qədər qəhvə içməyə ehtiyacı olduğunu bildirib. Bu zaman Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen zarafatla onun oyanmaq üçün qəhvə içib-içmədiyini soruşub. Almaniya Kansleri Fridrix Merts isə söhbətə qoşularaq “Bəs siqaret?” deyə sual verib.


Meloninin “Xeyr, onu tərgitmişəm” cavabı zalda təəccüb yaradıb. Yaponiyanın Baş naziri Sanae Takaiçi onu təbrik edərək “Əla, bunu bacarmısınız” deyib. Ursula fon der Layen də Meloninin qərarını müsbət qiymətləndirib. Fridrix Merts isə zarafatla “Dünən gecədən?” sualını ünvanlayıb. Meloni isə siqareti təxminən bir ay əvvəl tərgitdiyini bildirib.

Söhbət zamanı Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Şurasının Prezidenti Antonio Kostadan siqareti nə vaxt tərgitdiyini soruşub. Kosta isə bu vərdişdən 21 il əvvəl imtina etdiyini və bir daha ona qayıtmadığını deyib.

Meloninin açıqlaması Prezident Rəcəb Tayyib Ərdoğanla bir neçə il əvvəl baş tutan maraqlı dialoqu da yenidən gündəmə gətirib. Belə ki, Misirdə keçirilən Şarm əl-Şeyx Sülh Zirvəsində Ərdoğan Meloniyə zarafatla “Yaxşı görünürsən, amma sənə siqareti tərgitdirmək lazımdır” demişdi. Meloni isə gülərək “Bilirəm, amma məni siqareti tərgitməyə məcbur etsələr, birini öldürərəm” cavabını vermişdi.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap