“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Millimizin daha bir futbolçusu Avropa klubuna keçdi - FOTO

Tarix 17.06.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov karyerasını Rumıniyada davam etdirəcək.

AzFakt.com xəbər verir ki, "Petrolul" klubu 23 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub Azərbaycan millisinin 23 yaşlı futbolçusu ilə razılığa gəlib. Müdafiəçi ilə klub arasında növbəti iki mövsüm üçün qüvvədə olacaq müqavilə imzalanıb.

Müdafiəçi tipli oyunçu olan Cəlal Hakim Hüseynov (boyu 1,85 metr) həm müdafiənin mərkəzində, həm də yarımmüdafiə xəttində çıxış edə bilir. O, ötən mövsümü Bolqarıstanın birinci divizionunda "Arda" klubunda keçirib və çempionat, ölkə kuboku və Konfrans Liqasının seçmə mərhələsi daxil olmaqla ümumilikdə 39 oyunda meydana çıxıb.

Bundan əvvəl futbolçu Azərbaycanda "Zirə" və "Şamaxı" klublarında oynayıb. Hüseynov son beş ildə Azərbaycan milli komandasına mütəmadi çağırılıb və yığmada 26 oyun keçirib. Onun son çıxışı 9 iyunda olub, həmin vaxt San Marino ilə yoldaşlıq görüşündə start heyətində yer alıb.






Xəbərin oxunma sayı : 157




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap