“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

40 min namizəd MİQ imtahanına qoşulur - İmtahan tarixləri açıqlandı

Tarix 13.06.26, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb. Nəticələrə əsasən, 40 mindən çox namizəd müvafiq sistemdən qeydiyyatdan keçib.

AzFakt.com xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Sumqayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində keçirilən "Son zəng” tədbirində deyib.

"Məlumatların emalından sonra müraciəti təsdiqlənən namizədlər növbəti mərhələ olan ödəniş prosesinə yönləndirilir. Müsabiqənin test imtahanı mərhələsinin isə iyul ayının əvvəlində keçirilməsi planlaşdırılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumatına görə, Nazirlər Kabineti qərarına əsasən, MİQ müsabiqəsi bu ildən etibarən ödənişli əsaslarla həyata keçirilir və iştirak rüsumu 60 manat müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlərdən rüsum tələb olunmur: Müsabiqədə ilk dəfə iştirak edən namizədlər; Şəhid ailələrinin üzvləri; Müharibə veteranı statusu olan şəxslər; Əlilliyi olan şəxslər; Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri".

Bildirilib ki, namizədlərin ödənişdən azad olunma statusu müvafiq dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılacaq.



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap