“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Mənzillərimizi şəhid ailələrinə verməyə hazırıq” - Cahangir Məmmədli

Tarix 24.07.21, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Ölkə başçısına müraciət edən şəxslər Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunan üçüncü binadakı mənzillərin torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə və qazilərə verilməsini xahiş ediblər. Müraciətə qoşulanlar sırasında Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli də yer alıb.

AzFakt.com xəbər verir ki, o, Modern.az-a açıqlamasında bildirib ki, Prezidentə müraciət ünvanlayan media nümayəndələri şəhidlərimiz qarşısında öz borcunu yerinə yetirir:

“Öncə deyim ki, əlbəttə, jurnalistlərimizin böyük hissəsinin mənzilə ehtiyacı var. Amma şəhid sözü müqəddəs anlayışdır. Şəhid sözü olan yerdə hər bir şeydən keçmək lazımdır. Bu istiqamətdə təkliflərdən biri də jurnalistlər üçün nəzərdə tutulan mənzillərin şəhid və qazi ailələrinə verilməsidir. Mən də bu təkliflər çıxış edirəm. Təbii ki, şəhid ailələri kimi jurnalistlərin də yeni mənzillərə ehtiyacı var. Əminəm ki, bu məsələni Prezidentimiz yüksək səviyyədə həll edəcək. Biz şəhid və şəhid ailələrinin qarşısında borcumuzu yerinə yetiririk. Onların qarşısında başımızı əyib deyirik ki, jurnalistlər üçün inşa edilən evləri sizlərə veririk”.

C.Məmmədli hesab edir ki, heç bir jurnalist bu təklifə narazılıq etməz:

“Prezidentimiz bu ilin sonu, gələn ilin ortalarına qədər 3000-ə yaxın şəhid ailəsinə mənzil verilməli olduğunu deyib. Düşünürəm ki, bu məsələdə şəhid ailələrini müqəddəs kimi qəbul edən jurnalistlər mənzillərin onlara verilməsinə ürəkdən razı olacaqlar.

Harada şəhid sözü varsa, ora müqəddəsdir. Şəhid ailəsi mövzusu Azərbaycan mediasında illərlə, əsirlərlə davam edəcək. Onlara öz məhəbbətimizi hər yazımızda göstərdiyimiz kimi, mənzillərimizi də təqdim etməyə hazırıq. Məncə, heç bir jurnalist bu məsələyə narazılıq etməz”.



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap