“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Büdcəyə yenidən baxılacaq - Hansı sahələrə əlavə vəsait ayrılacaq?

Tarix 26.05.24, 10:08

Font ölçüsü : - / +
bitmap-img6


Büdcəyə yenidən baxılacaq - Hansı sahələrə əlavə vəsait ayrılacaq?
Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq, büdcənin gəlir və xərcləri artırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, Böyük Qayıdış sürətləndiriləcək, dövlətin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi daha da möhkəmləndiriləcək. Həmçinin bir sıra infrastruktur layihələri icra ediləcək.

Yenidən baxılmadan sonra büdcənin xərcləri 2 milyard 944  milyon manat artrılaraq, 39 milyard 707 milyon manat  olaraq proqnozlaşdırılıb.

Millət vəkili Vahid Əhmədov deyib ki, büdcənin gəlirləri isə 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata çatdırılacaq. Yeni təklifdə neftin büdcə qiymətinin 75 dollara qaldırılması nəzərdə tutulur.

Əsas prioritetlərindən biri də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsidir.

Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun bərpası işləri də sürətləndiriləcək.

Millət vəkili Vüqar Bayramov deyib ki, azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27%, müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılacaq.  Bu vəsait həm də yeni silahların alınmasına yönləndiriləcək.

Bundan başqa, kənd təsərrüfatı xərcləri isə 100 mln. manat artırılaraq 1 milyard 202 milyon manata çatdırılacaq. Büdcədən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan dotasiya 7 mln. manata yaxın azaldılacaq.





Xəbərin oxunma sayı : 610




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap