“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Yeyib-içdikdən sonra tanışının maşını qaçırdı, qəza törətdi - 40 minlik ziyan

Tarix 17.06.26, 18:01

Font ölçüsü : - / +
bitmap-img6


Kafedə spirtli içki qəbul etdikdən sonra tanışının avtomobilini qaçıran şəxs həbs edilib.

Qaynarinfo xəbər verir ki, hadisə Ağcabədi şəhərində baş verib. 

Belə ki, təqsirləndirilən şəxs tanışı ilə kafedə yeyib-içdikdən sonra ona məxsus "Land Rover" markalı avtomobili sahibinin xəbəri və icazəsi olmadan götürərək idarə edib. Şəhər ərazisində hərəkətdə olarkən o, qarşıda hərəkət edən avtomobillə toqquşub. Nəticədə nəqliyyat vasitəsinə 39 min 460 manat məbləğində maddi ziyan dəyib.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan müvəqqəti istifadə etmək üçün qanunsuz ələ keçirib. Məhkəmə iclasında o, ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, hadisə zamanı sərxoş vəziyyətdə olub və baş verənlərin bir hissəsini xatırlamır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu da qeyd edib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl üzərində olan cəza ilə hazırki cəza qismən toplanılıb və müttəhimə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həbsdə saxlanıldığı müddət cəzadan çıxıldıqdan sonra onun üzərində qəti olaraq 4 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 439




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap