“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Netanyahunun Trampdan Türkiyə xahişi - İsraili nə narahat edir?

Tarix 07.07.26, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan Türkiyəyə Amerika silah sistemlərini satmamasını istəyib.

“AzPolitika” xəbər verir ki, bu barədə İsrailin “N12” xəbər agentliyi ABŞ və İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Netanyahu bu istəyini Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın İsrail əleyhinə açıqlamaları ilə əsaslandırmağa çalışıb.

"Netanyahu bir xahiş etdi və prezident onu dinlədi", - deyə yüksək vəzifəli ABŞ rəsmisi bildirib.

Qeyd olunur ki, telefon danışığı zamanı Netanyahu Trampa Türkiyənin öz hava qüvvələrini ABŞ silah sistemləri, xüsusən də F-35 qırıcıları ilə modernləşdirə biləcəyini deyib.

Əgər bu məlumat həqiqətdirsə, deməli, Tramp administrasiyasının Türkiyə ilə yaxın münasibətləri və Türkiyə Silahli Qüvvələrinin qüdrətinin artması İsraili ciddi şəkildə narahat edir.

Məlum olduğu kimi, bu gün NATO sammitinə qatrılmaq üçün Türkiyəyə gələcək Tramp, Ankarada Ərdoğan və NATO nümayəndələri ilə görüşəcək. Zirvə toplantısının gündəliyinə Türkiyə qırıcı təyyarələri üçün mühərriklərin satışı ilə bağlı 700 milyon dollarlıq müqavilə və Türkiyənin F-35 qırıcı təyyarələrinin tədarükü proqramına qayıtmasının mümkünlüyü daxildir.

Ötən həftə ABŞ vitse-prezidenti C.D. Vens Pentaqonun, ABŞ-nin Türkiyəyə F-35-ləri necə sata biləcəyini araşdırdığını bildirmişdi. Baxmayaraq ki, Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə sahibdir.

Vens deyib ki, "Prezident bizdən bunu etməyimizi istəyib".

Ağ Evin mətbuat katibi Anna Kelli təsdiqləyib ki, Tramp Ankarada öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla kitərəfli görüş keçirəcək, ardınca NATO liderləri ilə şam yeməyində iştirak edəcək. Sabah Tramp NATO işgüzar görüşünə qatılacaq, sonra Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşəcək. Ankaradan ayrılmazdan əvvəl isə mətbuat konfransı keçirəcək.



Xəbərin oxunma sayı : 400




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap