“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Elnarə Şirməmmədova həbs olundu - 2,3 milyonluq dələduzluq

Tarix 07.07.26, 11:32

Font ölçüsü : - / +
bitmap-img6


Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib.

Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış şəxslərə müvafiq olaraq 27.120, 3800, 21.300, 3500, 467.000, 112.000, 428.790, 56.826, 134.693 manat məbləğində maddi ziyan vurulması qeyd edilib.

İddia olunur ki, Elnarə Şirməmmədova aldığı pulları geri qaytarmır və müxtəlif bəhanələr irəli sürür: "Biz onun biznesinin olmadığını sonradan öyrəndik. Onunla bizim ailəvi yaxınlığımız olub. Bütün zərərçəkmişlərə yaxın adam olub. Məsələn, bir zərərçəkən qaynıdır, biri xalası qızıdır, aralarında rəfiqəsi və ailə dostları olanlar da var. O, hər kəsə böyük miqdarlarda - 2-3 kiloqram ağırlığında qızılları nümayiş etdirərək, sərgidən alınma bahalı qızıl əşyalarını göstərərək, müxtəlif tanınmış qızıl şirkətlərinin adlarından, qızıl ticarəti ilə məşğul olan Zülfiyyə xanımın adından istifadə edərək, qızıl bazarlarında guya öz satış "polka”larının olduğunu göstərərək inandırıb ponzi sistemi qurmuşdu. Bunu özü də telefon danışığında dəfələrlə etiraf edib. Düşünürük ki, 30 yaşlı bir xanım bu əməlləri təkbaşına törədə bilməz. Çünki Elnarə Şirməmmədova bu əməlləri törədərkən ona kimlərsə kömək etmiş ola bilər. Anası və atası əsas şübhələndiyimiz şəxslərdir. Zərərçəkmişlərdən pul götürərkən anası da bəzi hallarda yanında olub və həmişə anası ilə birlikdə işlədiyini deyib. Sadəcə təqsirləndirilən şəxs özü etiraf etmir”.

Əldə etdiyimiz məlumata görə, 9 nəfərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində açılmış cinayət işinin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, paytaxt sakini, qızıl biznesi ilə məşğul olan Zülfiyyə Quliyevanın da E.Şirməmmədova barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməsi məlum olub. Z.Quliyeva həmcinsinin ona qarşı 940 min manatlıq dələduzluq əməli törətdiyini bildirib. Hazırda bu şikayət üzrə ayrıca material Nəsimi RPİ-də araşdırılır.

Elnarə Şirməmmədovanın atası, cənub zonasında tanınmış müğənni olan İsmayıl Səfərov mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi keçirilir: "Bunların mənə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmə prosesi keçirilir. Elnarə xanım heç kimdən pul almayıb, deyilənlərin hamısı şər-böhtandır”.



Xəbərin oxunma sayı : 409




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap