| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Şuşa Bəyannaməsi: Tarixi münasibətlərin yeni mərhələsi
Tarix 15.06.26, 7:00 |
|
Bəyannamə Azərbaycan üçün vacib bir gündə – 15 İyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan ən yüksək səviyyəli müttəfiqlik sənədidir
2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il yarım Ermənistan işğalında olan və 8 noyabr 2020-ci ildə azad edilən tarixi Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji Bəyannamə imzaladılar. Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 İyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan müttəfiqlik sənədi idi.
Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini şərtləndirən siyasi-tarixi amillərə qısaca nəzər salaq.. Məlumdur ki, 1921-cil il Qars anlaşması ilə Türkiyəyə Naxçıvanla bağlı müəyyən mənada zəmanətçi, qoruyucu ölkə statusu verilmişdi. Qeyd edək ki, Türkiyə hələ keçmiş SSRİ-nin mövcud olduğu ərəfədə - 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı. 1994-cü il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. 1992-ci il avqustun 12-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” məhz 2011-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edildi. 1994-cü ildə iki ölkə arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” imzalandı və bu anlaşma ilə əlaqələrin siyasi-hüquqi zəmini formalaşdırıldı. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Strateji əməkdaşlıq sazişi imzalandı. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə “bütün imkanlarını istifadə edərək” hücuma uğrayan ölkəni dəstəkləyəcək. Bəyannamənin siyasi əhəmiyyəti Azərbaycan-Türkiyə əlaqələrini pik zirvəsinə yüksəltdi və əməkdaşlıqda ən yeni bir mərhələnin başlanğıcına əsas yarandı.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" müdrik kəlamları ilə xarakterizə olunurdu. Bu münasibətlər prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoymuş oldu. Türkiyə Prezidentinin Şuşa Bəyannaməsinin imzalanmasından bir gün sonra Azərbaycanın Milli Məclisində çıxışı zamanı söylədiyi sözlər bu sənədin bütün mahiyyətini açıqlayır: “Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.”
Sənəddə milli mənafelərimiz baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyət hesab edilir. Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir. Yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindəki müddəaların yenilənməsi, adıçəkilən müqavilədən fərqli olaraq iki qardaş dövlət arasında belə bir Bəyannamənin imzalanması böyük tarixi nailiyyətdir.
Təbii ki, Qars müqaviləsi kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb oldu. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın zaman-zaman Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyildi. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj olmaqla bərabər, Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir. Liderlərin qətiyyətli baxışı sayəsində Şuşa Bəyannaməsi həm də bütövlükdə Türk dünyasının dirçəliş manifestinə çevrilib. Azərbaycan-Türkiyə Birliyi bu gün Türk Dövlətləri Təşkilatının (TDT) onurğasını təşkil edir və digər Türk respublikaları üçün vahid inteqrasiya standartı rolunu oynayır. Xüsusilə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas halqası olan Zəngəzur dəhlizinin açılması istiqamətində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri ortaq iddialı mövqe Türk dünyasının coğrafi və iqtisadi bütövləşməsini labüd edir. TDT daxilində təhlükəsizlik, humanitar və mədəni əlaqələrin dərinləşməsi məhz Şuşada əsası qoyulan bu böyük geosiyasi strateji zəkanın nəticəsidir.
Qalib Qasımov
Xəbərin oxunma sayı : 709
Sosial
Xəbərlər
-
Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
-
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
-
Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialar
-
Məktəbdə 1,2 milyonluq əlavə tikinti - Layihə sayğac satan şirkətə həvalə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib
-
Şamaxı Rəsədxanasından xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir
-
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
-
Azərbaycanda dövlət qurumu ləğv edildi - 2 il öncə yaradılmışdı
-
Nizami rayonunda qanunları kim ayaqlar altına atır? - VİDEO
-
Hikmət Hacıyev “TikTok“ və “LinkedIn“ nümayəndələri ilə rəqəmsal təhlükəsizliyi müzakirə etdi - FOTO
-
Xırdalanda nəqliyyat paradoksu: Müasir avtobuslar yolsuzluğa görə xəttini dəyişə bilər
-
Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO
-
“Ancaq özümüzə və dövlətə güvənməliyik“ - “Müharibədən sonrakı dövr çox çətin idi“
-
6 saylı RETS-ə cinayət işi - Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər
-
Milli Məclisdən mühüm qərar: Bu şəxslərə vergi güzəşti
-
Sabahın hava proqnozu açıqlandı - Çox isti olacaq
-
600 mindən çox yeni iş yeri açılacaq... - İqtisadçıdan maraqlı proqnoz
-
“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident
-
Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi
-
Pirverdiyev “sağ əlini“ niyə həbs etdirib? - “Qəzəbinin səbəbini anlamıram...”
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN-dən çağırış
-
Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia
-
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
-
“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident
-
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO
-
“Dünyada başqa iki elə dövlət tanımırıq ki...“ - Prezident + VİDEO
-
ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib - “NourNews”
-
Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə!
-
Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb
-
“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev
-
Geosiyasi gərginliyin daha bir təsiri:Balıq bazarında bahalaşma gözlənilir?
-
Şəxsi taksi hesablarını satanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
-
Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“
-
“Vaqner“ Mərkəzi Afrikada narkoimperiya qurub - Priqojinin oğlu rəhbərlik edir
-
Mövsümi meyvə-tərəvəz hələ də baha olaraq qalır - VİDEO
-
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
-
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
-
Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət
-
“MoveShort“ piramidasının ifşası - Yeni həbslər olacaq
-
Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
-
Bazar günü kəskin isti olacaq -Sabahın havası
-
İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi - FOTO
-
Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - VİDEO
-
Balkanlarda törədilən qətlin istintaqı Azərbaycana uzandı - DNT tədqiqatı
-
Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək
-
“WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız
-
Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
-
“Çoban Bulaq“ mübahisəsi qızışır - 11 il susan Balaqadaşov Şıxəliyevin əmlakını xilas edir?
-
Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?
-
İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü
-
DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO
-
“Mənə bir şey olsa, İrana görünməmiş zərbə endiriləcək” - Tramp
-
Bakıda şəhərin mərkəzində niyə dəmir konstruksiyalar quraşdırılıb? - VİDEO
-
Vətəndaşlar piramida təhlükəsini hansı əlamətlərdən tanımalıdırlar? - VİDEO
-
“İran danışıqları davam etdirməyi xahiş edir” - Tramp
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsindən - Fotolar
-
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
-
Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
-
ABŞ İranla hərbi toqquşmaların yeni fazasında İsrailin iştirakına qarşıdır - CNN
-
Bakıda gündəm olan sürücü: sərnişinləri qoyub siqaret çəkdi + VİDEO
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 22 məsələ müzakirə olunacaq
-
Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
-
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
-
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
-
Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA
-
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Minlərlə tələbəni maraqlandıran xəbər: Xaricə getmədən oxuyanları nə gözləyir?
-
Kamran Əliyev Balakəndə qəbul keçirdi - FOTOLAR
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Trampın təyyarəsi ilə bağlı maraqlı iddia - Bu səbəbdən...
-
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir
-
Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu
-
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
-
Moped sürənlərin nəzərinə: Yeni rüsum müəyyənləşir
-
Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi - Xüsusi texnika əraziyə göndərildi
-
Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
-
Azərbaycana kəskin istilər qayıdır - PROQNOZ
-
Zakir İbrahimov və komandası “AzerGold“dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu rayonların bəzi ərazilərində qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
Hərbçilərlə telefon söhbəti zamanı bu mövzularda danışmayın! - Nazirlikdən xəbərdarlıq (VİDEO)
-
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - Bakı Ankaranın mövqeyini necə müdafiə etdi?
-
“QHT işi“ndə hökm: Nərgiz Muxtarovaya şərti cəza verildi
-
Sumqayıtda lifti və qaz xətti olmayan bina - VİDEO
-
Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO
-
“Qarabağ“ Avropa Liqasına darmadağınla başladı - VİDEO
-
Paytaxtın bu yollarında təmir gedir - SİYAHI
TOP 10
ARXİV






